22.05.2023 [12:24] - Gündəm, İqtisadiyyat
Cəbrayılda 240 MVt gücündə "Şəfəq” adlı günəş elektrik stansiyasının (GES) tikintisi layihəsinin texniki və kommersiya parametrləri demək olar ki, razılaşdırılıb.
Bu barədə açıqlamasında Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov bildirib.
Onun sözlərinə görə, Energetika Nazirliyi ilə BP şirkəti arasında qeyd olunan layihənin maliyyə tərəfləri razılaşdırılıb: "Onu həll etmişik və çox da yaxşı şərtlər ilə. Hazırda texniki məsələlər qalıb", - nazir müavini qeyd edib.
Elnur Soltanov onu da əlavə edib ki, gələcəkdə stansiyada istehsal olunan enerji Səngəçal terminalını təmin edəcək və bu kontekstdə BP və konsorsium arasında müəyyən prosedurlar razılaşdırılır.
"BP operator olsa da konsorsium üzvləri də var. Onlar arasında prinsipcə razılıq var. Amma öz aralarında müəyyən proseslər, prosedurlar var, o çərçivədə nəsə imzalanmalıdır", - nazir müavini vurğulayıb.
O əlavə edib ki, Cəbrayılda günəş elektrik stansiyasının tikintisi təqribən iki il tələb edə bilər.
Xatırladaq ki, ötən ilin iyununda Energetika Nazirliyi və BP arasında Azərbaycanın cənub-qərb bölgəsində günəş elektrik stansiyası layihəsi ilə bağlı növbəti addımlar üzrə razılıq əldə edilib. Tərəflər arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb. Bu sənəd "Şəfəq” adlı günəş elektrik stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.

Bu xəbər oxucular tərəfindən 1032 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |