Şrift:
Bakıda Milli Məclisin və ATƏT PA-nın birgə təşkilatçılığı ilə konfrans keçirilir
22.05.2023 [12:29] - Xəbərlər, Gündəm, Siyasət
Mayın 22-də Bakıda “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Konfrans Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə keçirilir.
Konfrans çərçivəsində “Dayanıqlı inkişaf və iqtisadiyyatın bərpasında yaşıl konsepsiya və texnologiyaların rolu” və “Dayanıqlı inkişaf naminə beynəlxalq nəqliyyat və ticarətin asanlaşdırılması vasitəsilə təchizat zəncirlərinin davamlılığının gücləndirilməsi” mövzusunda panel müzakirələri aparılacaq.
Bu xəbər oxucular tərəfindən 882 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed