Şrift:
Mayın 22-24-də geomaqnit qasırğası gözlənilir
22.05.2023 [12:30] - Gündəm, Hadisə
Mayın 21-də Günəş səthində olan oblastlarda aktivlik artıb, bir neçə güclü M sinif alışmalar baş verib.

Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından bildirilib.

Qeyd edilib ki, yaranan tac atılmaları və tac dəliklərindən çıxan yüksək sürətli axınlar səbəbindən 22-24 may tarixləri üçün G1 (minor) geomaqnit qasırğasının baş verəcəyi ehtimal olunur.

“Mayın 22-də geomaqnit şəraitin stabilləşməmiş səviyyədə olacağı gözlənilir. Mayın 23-ü günün sonu, mayın 24-də G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq”, - məlumatda vurğulanır.
Bu xəbər oxucular tərəfindən 4559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed