Şrift:
Yəmən hökuməti İrandan silah daşıyan gəmini dayandırıb
30.01.2013 [14:16] - Güney Azərbaycan xəbərləri, Hərb
Yəmən hökuməti İrandan husi şiələrinə silah daşıyan gəmini dayandırıb. Hadisə yanvarın 23-də baş versə də, xəbər yenicə yayılıb.

Yəmənin Vaşinqtondakı səfirliyinin yanvarın 29-da yaydığı bəyanatda deyilir ki, İran Yəmən hökumətinə qarşı vuruşan husi şiələrini gizli yollarla silahlandırır: “Saxlanan gəmidə yer-göy raketləri, partlayıcı maddələr, bomba istehsalında istifadə edilən avadanlıqlar, raket atəşi üçün qurğular və digər silahlar aşkarlanaraq götürülüb”.

Saxlanan gəminin İrana və ya digər bir ölkəyə məxsus olub-olmadığı haqda məlumat yayılmayıb.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed