Şrift:
F.Quliyev:Problemlər ölkə daxilində çözülməlidir
23.05.2023 [23:40] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
-Sizcə Türkiyədəki seçkilərin nəticələrini daha çox hansı amil müəyyən etdi və ikinci turda da edəcəkmi?

-Türkiyədəki seçkilərin 1-ci turunun nəticələri təkcə seçilən parlamentilərin və prezidentliyə namizədlərin təbliğatının nəticəsi deyil,həm də seçicilərin ,bəlkə də daha çox seçicilərin “öncə vətən” prinsipi ilə seçkiyə yanaşmalarıdır.Onlar düşünmədən dövlət maraqlarını fərdi və qrup,partiya maraqlarından üstün tutan davranış nümayiş etdirirlər.

-Yeri gəlmişkən bizdə siyasi camedə yanaşma necədir?Heç olmazsa partiya liderləri və tanınan ictimai xadimlər eyni cür davranarmı? Yani düşünmədən dövlət maraqlarını fərdi və qrup,partiya maraqlarından üstün tutan davranış nümayiş etdirirlərmi? Əgər indiki təcrübədən çıxış etsək və nəzərə alsaq ki,bəzi ictimai fəal və hətta partiyaa sədrləri hazırda və indiyə qədər Avropa təsisatlarına ,ölkəmizdəki beynəlxalq təşklat,səfirliklərə şikayət edir,,ard-arda şikayətlər yazır,Avropa məhkəmələrinə müraciət edir.Hətta Avropa təsisatlarının tədbirlərinə qatılaraq ölkəmiz əleyhinə çıxışlar edirlər.

-Dövlət adamı kimi yetişmək barmaqla sayılan siyasətçilərə müəssər olur.Hər siyasətçı,hətta partiya sədri və ya ictimai – siyasi xadim dövlət adamı kimi yetişmir.O zaman dövlət marağı başqa maraqlar naminə kənara qoyulur.Ola bilər ki ,hətta hakimiyyət sənə və ya təmsil olunduğun təşkilata münasibətdə yanlış etsin.Bu halda belə hakimiyyətlə mübarizədə seçdiyin üslub dövlət maraqlarına birbaşa və ya dolayısıyla zərər verirsə o üslubdan imtina etməlisən.Bu gün bəzi partiya funksioner və hətta sədrlərinin və ya ictimai fəalların Avropa təsisatlarına ,ölkəmizdəki beynəlxalq təşklat,səfirliklərə şikayət etməsi,ard-arda şikayətlər yazması,Avropa məhkəmələrinə müraciət etməsi doğru deyil.Mən bunu dekəklə hakimiyyət təmsilçilərinin hüquq pozuntularına yol verməsinə haqq qazandırmıram. Və bizim millətçi zehniyyətin bu yanaşmasından zərərli faydalanmasını istəmirəm.Bu gün Qarabağ məsələsində son akkordlar vurulur.Düşmən və arxadaşları Azərbaycanda insan haqqları amilini də masada ələk-vələk etdiyi zaman bizim öz şikayətlərimiz onlar üçün tutarqa olur.Bu məqamda bu tutarqanı onlara vermək ziyadəsiylə zərərlidir və problemlər ölkə daxilində çözülməlidir.Bu mövqe bizim partiyanın zehniyyətinin məhsulu olduğundan başqa təşkilatların fərqli düşünə biləcəyini də normal qarşılayıram.

F.Maxsudov
Bu xəbər oxucular tərəfindən 1433 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed