Şrift:
Milli Məclisdə Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi müzakirə edilir
24.05.2023 [14:17] - Gündəm, Türk dünyası-Turan
Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin iştirakı ilə Türk İnvestisiya Fondu yaradılır.

"Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, Fondun yaradılmasında məqsəd regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Qeyd edək ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankara şəhərində imzalanıb.
Bu xəbər oxucular tərəfindən 1964 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed