30.01.2013 [16:24] - Gündəm, Türk dünyası-Turan, Özəl xəbər
Türklər “At”landı
Türkdilli ölkələrin hərbi birlik yaratması müsbət qarşılanır
Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustanın iştirakı ilə türk dövlətlərinin silahlı qüvvələrinin ortaq birliyi yaradılıb. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, ortaq birliyə dövlətlərin adlarının baş hərflərindən istifadə edilərək TAQM adı verilib. Məlumatda o da qeyd olunur ki, ordunun simvolu hesab edilən at heykəli Azərbaycan daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov tərəfindən Türkiyə Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncuya təqdim edilib.
Qeyd edək ki, yanvarın 23-də Bakıda Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qırğızıstan və Monqolustan nümayəndələri iştirak edib. Toplantıya qatılan Azərbaycan nümayəndə heyətinə daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov, Türkiyə nümayəndə heyətinə bu ölkənin Jandarm Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu, Qırğızıstan nümayəndə heyətinə Qırğızıstan Daxili Qoşunlarının komandanı, polkovnik Sovetbek Arbayev və Monqolustan nümayəndə heyətinə bu ölkənin müvafiq qurumun rəhbəri başçılıq edib.
Onu da qeyd edək ki, son vaxtlar türkdilli ölkələr arasında sıx inteqrasiya prosesləri müşahidə olunur. Uzun illər barəsində müzakirələr getməsindən sonra nəhayət, bir neçə il əvvəl Türkdilli Ölkələrin Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Şuranın ötən ilin avqustun 23-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən ikinci zirvə görüşündə türk dövlətlərinin inteqrasiyası istiqamətində daha bir mühüm addım atıldı. Zirvə görüşündə türkdilli ölkələrin vahid bayrağı qəbul olundu. İndiyədək isə türkdilli ölkələrin əməkdaşlığı daha çox humanitar sahələri əhatə edirdi.
Görünən odur ki, artıq bu əməkdaşlıq digər sahələri, xüsusilə də hərbi sahəni özündə ehtiva etməyə başlayıb.
Yeni hərbi birliyin yaradılmasına münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Gündəlik Teleqraf”a açıqlamasında bu təşəbbüsü çox müsbət qarşıladığını deyib. O qeyd edib ki, hələ 1998-ci ildə “Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabını yazanda bu məsələyə toxunub: “Mən kitabı yazanda bir Turan Transkontinental Blokunun yaradılmasını modelləşdirmişdim. Ötən il də Milli Məclisdə Türkiyə ilə Azərbaycan arasında asayişi birgə mühafizə qüvvələri formalaşdırmaqla bağlı məsələ qaldırdım. Qeyd etdim ki, gələcəkdə digər türkdilli ölkələrin bu təşkilatda iştirakı təmin olunmalıdır. Bu gün yaranan format çox normal formatdır. Amma mən hesab edirəm ki, burada digər türkdilli ölkələrin də iştirakı olsaydı, daha yaxşı olardı”.
F.Quliyev qeyd edib ki, son aylarda türkdilli ölkələr arasında ortaq iqtisadi zonanın yaradılması, gömrük rüsumlarının aradan qaldırılması barədə müzakirələr gedir: “Hazırda iqtisadi inteqrasiyanın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılır. Hesab edirəm ki, bu hərbi birlik də gələcəkdə bizim arzuladığımız hərbi birliyə çevrilə bilər. Məsələ burasındadır ki, türk etnosunun qurduğu dövlətlərin öz gücünün hesabına öz təhlükəsizliyini təmin etməsi çoxdan gündəmdə olan bir məsələdir. Bu ordunun yaranması da hesab edirəm ki, normal qarşılanmalı və irəliyə doğru atılmış bir addım kimi alqışlanmalıdır”.
Müsahibimiz TAQM-ın Rusiya və Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına alternativ olmadığını bildirib: “Məsələ ondadır ki, əgər bu gün xristian dəyərlərinə və yunan-Roma fəlsəfəsinə söykənən bir “Avropa evi” qurulubsa, biz nəyə görə türklüyə və İslam dəyərlərinə söykənən bir birlik qurmayaq? Əksinə bu çox normal bir haldır. Eyni zamanda türk birliyi yeni dünya düzəninin Orta Şərqdə oturuşması üçün çox normal bir modeldir. Biz barış axtaran bir sistemik və heç kimi təhdid etməyən, yəni hücum xarakteri daşımayan bir təşkilat qururuq. Məsələn, Rusiya bu gün Avrasiya İttifaqı barədə anışır. Yaxud da Ermənistan özü təcavüzkarlığı əvvəlcədən niyyət kimi nəzərdə tutan asimus-aqressimus termininə uyğun bir siyasət yürüdür. Buna uyğun olaraq da hərbi blok yaradır. Amma türk dövlətlərinin yaratdığı hərbi blok bu ölkələrin təhlükəsizliyini təmin etmək və barış axtarmaq üçün yaradılıb. TAQM Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına alternativ deyil, amma onu əvəz edə bilən, bizim üçün çox önəmli və lazımlı bir qurumdur”.
“Yeddi dövlət-bir millət” Konseyinin başqanı, tanınmış jurnalist Azər Həsrət isə “Gündəlik Teleqraf”a açıqlamasında deyib ki, türk dövlətləri arasında hərbi-siyasi inteqrasiyanı dərinləşdirmək üçün belə addımların atılmasını yalnız alqışlamaq olar: “İstənilən halda biz türk dövlətlərinin belə bir birlik qurmasını, ortaq hərbi gücə, polis və jandarm qüvvətlərinə sahib olmasını arzu edirik. Bura Monqolustanın da qoşulması çox irəlidə dünyanın siyasi xəritəsində baş verməsini arzu etdiyimiz dəyişikliklərin xəbərçisi kimi qəbul edilə bilər. Ümid etmək istərdik ki, digər türk dövlətləri - Qazaxıstan, Özbəkistan və Türkmənistan da bu birlikdən kənarda qalmayacaq. Hər halda ilk addım atılıb və bunun davamının olacağına qətiyyən şübhə etmirik”.
Səxavət Həmid Teleqraf.com saytı

Bu xəbər oxucular tərəfindən 1023 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |