Şrift:
Qarabağı yox sayan CHP sədrinə rəğmən bunu edəcəyik - Ərdoğan
24.05.2023 [14:33] - Xəbərlər, Gündəm, Türk dünyası-Turan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla nəqliyyat infrastrukturunu inkişaf etdirəcəklərini açıqlayıb.

Ərdoğan bunu Sivasda xalq qarşısında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Türkiyənin digər vilayətlərində inşa ediləcək sürətli qatar dəmiryol xətləri Bakı-Tbilisi-Qarsa birləşəcək.

"Yerköy stansiyamızdan Kayseriyə bir əlaqə xətti quracağıq. Bu xətti Ərzincana, Ərzuruma və Qarsa qədər uzadacağıq. Oradan isə Bakı-Tbilisi xəttinə birləşdirəcəyik. "Dəmir İpək Yolu" adlandırılan bu xəttlə biz regionumuzda dünya əhəmiyyətli strateji "nəfəs borusu" açacağıq", - deyə Ərdoğan qeyd edib.

O, CHP sədri Kamal Kılıçdaroğlunun Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı mövqeyini tənqid edib.

"CHP sədri kimi bütün bunları Azərbaycanı kənarda qoymaqla deyil, azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə edəcəyik. Qarabağı yox sayan CHP rəhbərinə rəğmən bunu edəcəyik”, - Türkiyə Prezidenti vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 1989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed