26.05.2023 [12:51] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığı, Qarabağın, eyni zamanda anklavların Azərbaycan ərazisi olduğunu bəyan etməsi ölkə müxalifəti tərəfindən etirazla qarşılanıb. Buna görə də Ermənistan müxalifət qüvvələri küçə aksiyaları planlaşdırır.
Bəs, Ermənistan müxalifətinin sülh prosesinə mənfi təsiri ola bilərmi?
Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş deputat Fərəc Quliyev Redaktor.az-a danışıb.
Siyasətçi hesab edir ki, Ermənistan müxalifətinin nə dediyi çox az məsələni dəyişə bilər:
“Ermənistan daxilində kifayət qədər mənzərə aydınlaşıb. Paşinyan dəfələrlə güc nümayiş etdirməklə müxalifətdən güclü olduğunu göstərdi. Ermənilər Paşinyana səs verməklə əslində sülhə səs verdi. Bu, Paşinyana simpatiyadan deyildi, çox ciddi bir amildir. Bunu məxsusi ona görə qabardıram ki, indi müxalif qüvvələr daha çox Paşinyanın üzərinə ona görə gedirlər ki, sən sülh sazişinə getməklə, Azərbaycanın ərazi iddialarını tanımaqla kapitulyasiyaya gedirsən, amma bundan sonra savaş lazımdır. Ermənistan əhalisi isə bunun əksinə səs verib. Kefindən yox, təbbi ki, qorxularından bu cür səs veriblər. İndi Ermənistan müxalifətinin nə deməyinin Paşinyan üçün əhəmiyyəti qalmayıb. Ermənistan müxalifətinin indi hay-küy salmasının nəinki Azərbaycan üçün, heç Paşinyanın özü üçün belə qorxusu yoxdur. Ümumiyyətlə, Ermənistan müxalifətinin mövqeyinin Azərbaycan üçün heç bir təsiri yoxdur. Çünki ermənilər masadan qaçanda Azərbaycan sahədə işini görüb. Məsələn, Laçın dəhlizində post qoymaqla, yüksəklikləri götürməklə onsuz da işimizi görürük. Sülh müqaviləsi bizdən çox onlara lazımdır. Ermənistan müxalifətini indi ruslar təhrik edirlər ki, təxribat törətsin. Belə hallar olacaq, hətta Xankəndidə Ruben Vardanyan da bəzi təxribatlar atmağa çalışacaq. Xocalı ətrafında bir təlim də keçməyə başladılar, bu da Rusiyanın əməlləridir. Ermənistanda baş verənlərin proseslərə heç bir təsiri qalmayıb. Ola bilər bir az uzansın, çətin məsələ olsun. Amma istənilən məsələ Azərbaycanın cızdığı yol xəritəsinə uyğun həll olunacaq”.
Humay İSGƏNDƏRLİ/redaktor.az

Bu xəbər oxucular tərəfindən 1113 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |