Şrift:
Dünyada bu xəstəlik tüğyan etməyə başlayıb - Azərbaycanda vəziyyət necədir?
26.05.2023 [14:00] - Gündəm, Sağlıq
Dünyada və qonşu dövlətlərdə qızılca sürətlə yayılmağa davam edir. Qeyd edilir ki, xəstəliyin ağırlıq dərəcəsi və fəsadları daha ağır formada özünü göstərir.

Bəs Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir, qarşısı necə alınır?

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, qızılca çox təhlükəli bir xəstəlikdir və ona qarşı peyvənd olunması mütləqdir.

Hansı ölkələrdə qızılcaya yolxuma baş verib, sürətlə yayılırsa, bu o deməkdir ki, həmin ölkələrdə peyvəndlənmə zəif səviyyədə aparılır. Qızılca çox təhlükəli bir bir xəstəlikdir və peyvəd olunmaq çox vacibdir. Bu xəstəliyin qarşısını almağın tək yolu peyvəndləmədir. Digər xsətəliklərdən fərqli olaraq yoluxduruculuq qabiliyyəti həddən artıq çoxdur. Əgər sinifdə bir uşaq qızılcaya yoluxubsa, və digər uşaqlarda peyvənd olunmayıbsa bütün hər kəs yoluxacaq. Azərbaycanda qızılca peyvəndi uşaqların rutin peyvəndlənmə siyahısına daxildir. Bu səbəbdən hər hansı bir təhlükə olacağını düşünmürəm. Bir- iki yoluxma halı ola bilər. Lakin epidemik səviyyədə qızılcaya yoluxma halları yaşanmır - deyə M.Əliyev bildirib.

Səhiyyə Nazirliyindən isə Trend-ə verilən məlumata görə, hazırda ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyalar yayılmayıb.

"Ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyaların xüsusilə uşaqlar arasında yayılması müşahidə olunmur", - deyə məlumatda qeyd olunub.
Bu xəbər oxucular tərəfindən 6218 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed