Şrift:
Azərbaycan nefti ucuzlaşıb
26.05.2023 [14:05] - Gündəm, İqtisadiyyat
Mayın 25-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 1,99 dollar ucuzlaşaraq 78,47 dollar olub.


Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,98 dollar ucuzlaşaraq 76,53 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 2 dollar ucuzlaşaraq 51,37 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti mayın 25-də 2,02 dollar ucuzlaşaraq 75,57 dollar olub.
Bu xəbər oxucular tərəfindən 1263 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed