Şrift:
SHMQ ermənipərəst Con Kerrinin Amerika Xarici İşlər naziri təyin olunması ilə bağlı toplantı keçirdi.!
31.01.2013 [11:36] - Siyasət
Sosial Hüquqların Monitorinq Qrupunun (SHMQ) mətbuat xidmətindən Davam.az-a verilən məlumata görə bu gün saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində SHMQ toplantı keçirmişdir.

Toplantı 1992-ci ildə ABŞ konqrensində 907-ci düzəlişin qəbul olunmasında böyük fədakarlıq göstərmiş Con Kerrinin dünən ABŞ prezidenti Obamanın verdiyi sərəncamla Amerikanın Xarici İşlər naziri postuna təyin olunması ilə bağlı idi. SHMQ üzvləri belə bir haqsız, ədalətsiz və Azərbaycan dövlətçiliyinə qarşı qərəzçi mövqe tutmuş bir şəxsin belə bir vəzifəyə gətirilməsinə qəti etiraz edib.

SHMQ üzvü, Respublikanın Əməkdar artisti Naibə xanım Allahverdiyeva çıxışında əyər bu adam vaxtı ilə konqresmen olan zamanlarda Azərbaycana qarşı elə bir mövqe sərgiləmişsə , indi bu vəzifəni tutandan sonra Azərbaycan Dövlətinə qarşı nə möqelər sərgiləyəcək onu düşünürəm deyə etirazını bildirmişdir.

Sonra Qarabağ Azadlıq Təşkilatının sədri , Azad Qarabağ Uğrunda Alyansın koordinasiya Şurasının üzvü Akif Nağı isə çıxışında bildirdi ki, Con Kerrinin bu vəzifəyə təyin olunması ABŞ-ın ATƏT-in Minsk Qrupunda təmsilçiliyinə və fəaliyyətinə kölgə salır, çünki adıçəkilən şəxs ermənipərəst və Azərbaycanlılara qarşı hər zaman qərəzçilik mövqeyindən çıxış etmiş bir şəxsdir.
SHMQ koordinatoru Azad İskəndərli isə öncə çıxış edən natiqlərin fikirləri ilə tam razı olduğunu və bununla bağlı Qrup adından Amerika Səfirliyinə etiraz məktubu göndərəcəklərini bildirib. Hüquq Müdafiəçisinin söylədiklərinə görə yenə də həmişə olduğu kimi Amerika dövləti Azərbaycana qarşı ikili standartla yanaşır. Və özünü “Demokratiyanın beşiyi” adlandıran bu super dövləti Azərbaycan haqqında konkret olaraq siyasi kursunu təyin etməyə çağırmışdır.

Toplantıda iştirak edən digər Hüquq Müdafiə Təşkiatları rəhbərləri və Media Qurumları Nümayəndələri də müxtəlif səpgidə çıxışlar etmişlər , amma hədəf bir olub: Con Kerrinin bu vəzifəyə təyin olunmasına etiraz.
Bu xəbər oxucular tərəfindən 903 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed