01.06.2023 [10:04] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Əfqanıstan-İran sərhədində atışma olub. Bu barədə xarici media xəbər verir. Məlumata görə, “Taliban” döyüşçüləri “korrupsiyaya uğramış İran İslam Respublikası ilə Amerikaya qarşı müharibədən daha həvəslə” mübarizə aparacaqlarını bildiriblər.
“Ağsaqqallar cihada icazə versələr, tezliklə İranı fəth edəcəyik”, - liderlərdən biri deyib.
Bu arada Əfqanıstan Milli Müdafiə Nazirliyi açıq atəşə görə İranın hərbi qüvvələrini günahlandırıb:
"Təəssüf ki, bu gün yenidən İran qoşunları Əfqanıstanın Nimroz əyalətinin Kanq rayonunun sərhəd bölgələrində atəşə və döyüşlərə başlayıb.
İslam əmirliyi dialoqu hər hansı problemi həll etmək üçün ağlabatan bir yol hesab edir, mənfi tədbirlər və müharibə üçün səbəb tapmaq heç bir tərəfin maraqlarına uyğun deyil".
İran tərəfinin məlumatına görə, atışma zamanı bu ölkənin 2 sərhədçisi həlak olub.
Bu qarşıdurma iki ölkə arasında müharibəyə gətirib çıxara bilərmi?
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, bu iki ölkənin arasında həm də ərazi iddiaları var:
“Bu, yalnız əraziyə görə deyil. Eyni zamanda, İranın dini məsələlərə baxışı ilə bağlı bu problemlər yaşanır. Hər iki tərəf istəyir ki, bölgədəki dini liderliyi ələ alsın. Düşünmürəm ki, bu məsələ iki dövlət arasında böyüyərək müharibə həddinə çatacaq. “Taliban” həm də İranla bağlı layihələrdə yer almaq istəyir. Çalışır ki, İranla bağlı gözlənilən proseslərdə özünə yer alsın. Sabah nəsə baş verərsə, ərazi iddialarını tez reallaşdıra bilsinlər, həm də dünya üçün sürpriz olmasın. Ola bilməz ki, “Taliban” böyük dövlətlərlə bu mövzunu müzakirə etməsin. Yəni bu, böyük layihənin tərkib hissəsidir. Nə qədər müstəqil təsir bağışlasa da, bu cür məsələlərdə “Taliban” müstəqil hərəkət etmir. İran bundan ciddi nəticə çıxarmalıdır. İranı yenidən format etmək üçün müxtəlif taktikalar seçilə bilər. Həmin ölkəni daxildən parçalamaq daha optimaldır. Milli azlıqlar öz müstəqilliklərini elan edir və molla rejimi devrilir. Həmin ölkə ilə bağlı layihələrdə qonşuların təzyiqi də nəzərə alınır. İran üçün müxtəlif cəbhələrdə döyüşmək çox çətin olar. Azərbaycana münasibətdə İran olduqca ehtiyatlı davranmalıdır. Azərbaycan tərəfinin günün birində haqlı olaraq İranla bağlı çağrışları olarsa, oradakı azərbaycanlı çoxluğun edəcəyi hərəkətlərin bədəlini İran ödəyə bilməz. İranın məsələsi masa üzərindədir. Bütün mümkün variantlardan istifadə edirlər ki, bu ölkəni yenidən format etsinlər”.
İdeoloji baxımdan Talibanla İrandakı rejimin baxışları arasında fərq mövcuddur. Onlar diametral və tərs mütənasib dəyərlərin daşıyıcılarıdır. İran Talibanla bağlı fikirlərini açıqlayıb demişdi ki, əgər onlar Əfqanıstanda normal qonşuluq siyasətinə əməl etsə, Tehran da analoji addımları atmağa hazırdır. Hətta Taliban hakimiyyətə gəlməzdən əvvəl İran Məzari-Şərifdəki baş konsulluğunu Kabil şəhərinə keçirdi. Bunun özü əməkdaşlığa hazırlıq mesajı idi. Bir aydan sonra isə Taliban hakimiyyətə gəldi. Bu baxımdan, hər iki ölkə münasibətlərin saxlanması üçün gərək ideoloji paradiqmalara üstünlük verməsin. Qonşuluq siyasətində, dövlətlərarası münasibətlərdə ən mühüm əhəmiyyət kəsb edən praqmatizimdir. Ortaq münasibətlərdən mənfəət götürə bilirlərsə, ölkələr mütləq mənada buna riayət etməlidir. Həm İran, həm də Əfqanıstan normal münasibətlərin davamı üçün bu amilə xüsusi fikir verməlidir. Orada toqquşma baş veribsə, demək bu hansısa kənar qüvvəyə lazımdır. Taliban hökümətinin İranla bağlı güc tətbiqinin tərəfdarı olması inandırıcı görünmür.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 1516 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |