Şrift:
Azərbaycan nefti ucuzlaşıb
01.06.2023 [10:28] - Gündəm, İqtisadiyyat
Mayın 31-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin bir barelinin qiyməti 1,22 dollar ucuzlaşaraq 75,05 dollar olub.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,17 dollar ucuzlaşaraq 73,32 dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,73 dollar ucuzlaşaraq 48,79 dollar olub.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin bir barelinin qiyməti mayın 31-də 1,09 dollar ucuzlaşaraq 72,89 dollar olub.
Bu xəbər oxucular tərəfindən 1426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed