Şrift:
İranlı molla: “Türkiyənin dövlət adamlarını ağıllı olmağa çağırıram...”
31.01.2013 [11:46] - Güney Azərbaycan xəbərləri
Azərbaycana yönəlik təhdid xarakterli bəyanatlar səsləndirən və Azərbaycanda müsəlmanların haqlarının pozulduğunu iddia edən iranlı ayətullah Nasır Mekarim Şirazi bu dəfə Türkiyəni hədələyib.

Qum şəhərində məsciddə çıxış edən Nasır Mekarim Şirazi bildirib ki, Tehran-Ankara münasibətləri onu maraqlandırmır, İran xalqı və cəmiyyəti tərəfindən Türkiyənin dövlət adamlarına xəbərdarlıq edir.

Ayətullah deyib ki, Ankara bir zaman islam yolunda olub, ancaq sonra 180 dərəcə dəyişərək İsrail və ABŞ-la birlikdə hərəkət etməyə başlayıb: “Türkiyənin əməllərinə görə bütün İran milləti Ankaradan nifrət edir. Türkiyə bütün qonşuları ilə qarşıdurma vəziyyətindədir. Bu, çox təəccüblüdür. Suriya ilə qarşıdurma vəziyyətindədir, davamlı olaraq terrorçulara təlim keçib, onları silah və sursatla təchiz edir, müsəlman qardaşlarını öldürmək üçün Suriyaya göndərir. Türk dövlət adamları son zamanlar İraqla da mübarizəyə başlayıb. İraqda qanuni bir hakimiyyət olduğu halda, müxalifləri çağıraraq istiqamətləndirirlər. Ankara Rusiya ilə də qarşıdurma vəziyyətindədir. Türkiyənin dövlət adamlarını ağıllı olmağa çağırıram. Həyata keçirdikləri siyasət Türkiyəyə zərər verəcək”.
Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed