Şrift:
Fərəc Quliyev:Payız aylarında yeni situasiya ilə rastlaşacağıq
05.06.2023 [09:49] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Payız aylarında yeni situasiya ilə rastlaşacağıq. Vəziyyət ciddi sürətdə Azərbaycanın xeyrinə dəyişəcək”.

Bu fikri Zəngəzur dəhlizinin yenidən gündəmə gəlməsi, Ermənistanın “açmağa hazırıq” deməsini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Fərəc Quliyev bildirib ki, Qərb və Rusiyanın dəhlizi istəməsi Azərbaycanın xeyrinədir:


“Ermənistan bu dəhlizlə bağlı təzyiq etməyə, gerçəkdən mane olmağa çalışsa da, heç bir təsiri yox idi. Çünki bu məsələdə böyük maraqlar var. Böyük güclərlə yanaşı qonşu dövlətlər bu yolun açılmasında maraqlıdır. Bundan əlavə, qalib dövlət olaraq Azərbaycanın da tələbi var.

Ermənistan tərəfi bilməlidir ki, Zəngəzurdan maneəli gediş-gəliş təmin edilsə, Laçından da Qarabağda yaşayan ermənilər Ermənistana gedib-gələndə eyni qayda ilə rastlaşacaqlar. Ermənistan dilemma qarşısında qalıb. İran tərəfdən bu dəhlizin açılmasına maneçilik varsa, Rusiya tərəfdən açılmasına istək var.

Qərb də, Rusiya da dəhlizi istəyir. Bütün proseslər Azərbaycanın xeyrinə işləyir. Ermənistan tərəfi də dəhlizin açılmasında maraqlıdır. Ermənistan hökuməti sadəcə daxili auditoriyaya göstərmək üçün guya müqavimət göstərir. Məncə, daxili rəy də, Qarabağla, Zəngəzurla bağlı məsələlər də yoxlanıldı. Bütün bu amillərdən sonra Paşinyanın “kommunikasiya yollarının açılmasına hazırıq” deməsi təəccüb doğurmamalıdır. Hesab edirəm ki, payız aylarında yeni situasiya ilə rastlaşacağıq və vəziyyət ciddi sürətdə Azərbaycanın xeyrinə dəyişəcək”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1686 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed