19.06.2023 [10:11] - Gündəm, Siyasət
Türkiyədə keçirilən prezident və TBMM Ümumi Seçkilərində məğlub olan, CHP sədri Kamal Kılıçdaroğlu toxunulmazlığını itirib.
Türkiyənin Ankara Baş prokurorluğu tərəfindən Kılıçdaroğlunun 30-a yaxın sənədi müvafiq qurumlara göndərilib.
Şikayətlər müvafiq idarələr tərəfindən araşdırılacağı və sübutlar toplandıqdan sonra məhkəməyə müraciət olunacağı bildirilib.
Qeyd edək ki, Kılıçdaroğluna qarşı “Prezidenti təhqir etmək”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək”, “təhdid”, “böhtan”, “təhqir”, “terror təşkilatı təbliğatı” və “təşkilatçılıq” ittihamları ilə bağlı şikayətlər edilib.
Xatırladaq ki, seçkilərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 27 milyon 834 min 574 (52,18 %), Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu isə 25 milyon 475 min 724 səs (47,82 %) toplayıb.

Bu xəbər oxucular tərəfindən 800 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |