21.06.2023 [12:25] - Gündəm, İslam dini
Azərbaycanda 2009-cu ildən bu günə qədər 7 dini qurum ləğv edilib.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini Gündüz İsmayılov “Azərbaycanın dövlət-din modeli” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2009-cu illə müqayisədə 2023-cü ildə dini qurumların qeydiyyata alınması prosesi iki dəfə çoxalıb:
"Belə ki, 2017-ci ildə bu göstərici 760, 2019-cu ildə 940 olub. 2023-cü ildə isə dövlət qeydiyyatına alınan dini qurumların sayı 1002-dir".
Dövlət Komitəsinin sədr müavini bildirib ki, 2009-cu ildən bu günə qədər ləğv edilən dini qurumların sayı 7-dir: “Hazırda ölkədə 958 islam, 37 isə qeyri-islam təmayüllü dini qurum dövlət qeydiyyatına alınıb”.

Bu xəbər oxucular tərəfindən 5124 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |