23.06.2023 [10:57] - Gündəm, Sağlıq
Stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər üzrə istifadə olunan dərman vasitələri vətəndaşlara ödənişsiz şəkildə göstərilir.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən icbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlərdə istifadə edilən anesteziya xidməti, dərman təminatı və tibbi sərflər də ödənişsizdir. Reseptlə yazılan dərman vasitələri pasiyentin özü tərəfindən alınır.
"Bununla yanaşı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət və tədbirlər proqramları çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalınmasını həyata keçirir. Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi sərfləri əldə edirlər.
Tibb müəssisəsində vətəndaş neqativ halla rastlaşarsa, bu zaman o, ilk növbədə tibb müəssisəsinin vətəndaş müraciətləri ilə bağlı təyin olunmuş məsul şəxslərinə və yaxud birbaşa rəhbərliyinə müraciət etməlidir. Vətəndaş ona verilmiş cavabdan və yaxud görülmüş tədbirdən razı qalmazsa TƏBİB-in info@tabib.gov.az elektron poçt ünvanına və ya rəsmi ünvanına (Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov 206 A -“Capital Towers” Biznes Mərkəzi) müraciət edə bilər. Habelə TƏBİB-in 815 Çağrı Mərkəzinə zəng etməklə sorğusunu ünvanlaya bilər.
Qeyd edək ki, qanunvericiliyə əsasən vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur", - deyə bildirilib.

Bu xəbər oxucular tərəfindən 5381 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |