Şrift:
Fərəc Quliyev:Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlıdır
25.06.2023 [09:42] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan payıza qədər fərqli addım ataraq məsələni həll edə bilər”.

Bu fikri Azərbaycanla Ermənistan arasındakı gərginliyin artmasının mümkün nəticələrini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.Fərəc Quliyev bildirib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasına mane olan qüvvələr var:

“Nə qədər qəribə olsa da, Qərblə Rusiyanın maraqları üst-üstə düşməlidir. Qərb Zəngəzur dəhlizinin açılmasında maraqlıdır, ancaq indi yox. İndi açılarsa, 10 noyabr bəyanatına görə, dəhlizə Rusiya Federal Təhlükəsizlik Xidməti nəzarət edəcək. Qərb bunu istəmir. Rusiya özü də Zənəgəzur dəhlizinin açılmasında maraqlı deyil. Çünki Ermənistan Rusiyanın qarşısında şərt qoyur ki, Rusiyanın sərhəd qoşunları ərazidən çıxmalıdır. Bu da Rusiyaya sərf etmir. Bu mənada, Zənəgəzur məsələsində tərəddüdlər var. Sülh müqaviləsi bağlanandan sonra kommunikasiyalar açılmalıdır.

Naxçıvan istiqamətində atışmalar baş verir. Naxçıvan Zənəgəzur dəhlizinin üzərində yerləşir. Oradan təkcə dəmiryol və magistral yollar keçməyəcək. Oradan həm də enerji daşıyıcıları da keçəcək. Ermənistan bu məsələlərdən divident götürmək istəyir. ABŞ ərazidə zavod tikir. ABŞ əraziyə yeni üslubda daxil olmaq istəyir. Baza ilə yox, bazarla gəlmək istəyir. Heç kim hələ ki sülh müqaviləsinin bağlanılmasında maraqlı deyil”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1363 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed