31.01.2013 [17:10] - Gündəm, Güney Azərbaycan xəbərləri
«İlk dəfə olaraq Ermənistanın Sünik vilayətində İranda 1979-cu il inqilabının 34-cü ildönümü qeyd ediləcək». Bu barədə İranın Şərqi Azərbaycan vilayətinin icra başçısı Əhməd Əlirza Beygi açıqlama verib. O bildirib ki, islam inqilabının ildönümü münasibətilə Sünik vilayətinin Qafan şəhərində şənlik keçiriləcək: «Şənliyin təmtəraqlı keçirilməsi üçün Şərqi Azərbaycan vilayətinin İslami İrşad və Mədəniyyət İdarəsi də dəstək olacaq. Bu məsələylə bağlı Ermənistanın İrandakı səfiri Qriqori Arakelyan ilə görüşümüz zamanı söhbət etmişik. Həmçinin Sünik vilayəti ilə əyalətimiz arasında imzalanmış razılaşmada da bu şənliyin keçirilməsinə yardım edəcəyimiz qeyd olunub».
Yəmən İrandan silah daşıyan gəmini dayandırıb
Yəmən hökuməti İrandan husi şiələrinə silah daşıyan gəmini dayandırıb. Hadisə yanvarın 23-də baş versə də, xəbər yenicə yayılıb. Yəmənin Vaşinqtondakı səfirliyinin yanvarın 29-da yaydığı bəyanatda deyilir ki, İran Yəmən hökumətinə qarşı vuruşan husi şiələrini gizli yollarla silahlandırır: «Saxlanan gəmidə yer-göy raketləri, partlayıcı maddələr, bomba istehsalında istifadə edilən avadanlıqlar, raket atəşi üçün qurğular və digər silahlar aşkarlanaraq götürülüb». Saxlanılan gəminin İrana və ya digər bir ölkəyə məxsus olub-olmadığı haqda məlumat yayılmayıb.
İranda toyuq ətinin qiyməti yenə bahalaşıb
İranın paytaxtı Tehran şəhərində ərzaq məhsullarının bahalaşması davam edir. Ən çox qiymət artımı toyuq ətində müşahidə olunub. Yanvarın 27-dən bazar və dükanlarda toyuq ətinin qiyməti 700 tümən qalxaraq 5600 tüməndən (təxminən 1.5 dollar) satılır. Toyuq ətinin bahalaşmasına səbəb kimi mal və qoyun ətinin, eləcə də digər qida məhsullarının qiymət artımı göstərilir. Toyuğun qiymətinin qalxmasının qarşısını almaq üçün hökumət anbarlarda saxlanılan toyuqları da satışa çıxarmaq istəyir.

Bu xəbər oxucular tərəfindən 902 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |