Şrift:
Qaradağ zəlzələ bölgəsi qar altında
01.02.2013 [11:01] - Güney Azərbaycan xəbərləri
2012-cü il avqustun 11-də mərkəzi Əhər, Heris və Vərziğan şəhərləri olmaqla Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə dağıdıcı zəlzələ baş verdi. Zəlzələdən zərərçəkənlər isə hələdə fəlakət içində yaşayırlar.

Bu barədə “Fars” xəbər agentliyi Vərziğandan reportaj hazırlayıb.

Reportajda bildirilir: “ Vərziğan bölgəsinə 3 gün əvvəl güclü qar yağıb. Bundan sonra Vərziğanın 50 kəndinin yolu bağlanıb. Bölgəyə 37 sm hündürlüyündə qar 3 gün əvvəl yağsa da, Vərziğan bələdiyyəsi yalnız dünən yolları açmağa başlayıb. İşlərin belə gecikməsi kəndlərdə vəziyyəti daha da ağırlaşdırıb. 2012-ci il avqust ayında baş verən və çox böyük tələfata səbəb olan güclü zəlzələ nəticəsində valideynlərini itirən uşaqlar indi də soyuqdan əziyyət çəkirlər. Ümid edirik ki, Şərqi Azərbaycan valiliyi məsələyə daha çox diqqət göstərərək, öz vəzifəsini yerinə yetirəcək”.
Bu xəbər oxucular tərəfindən 843 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed