Şrift:
Qvatemalada prezident seçkilərinin rəsmi nəticələrinin açıqlanması təxirə salındı
03.07.2023 [10:42] - Gündəm, Siyasət
Qvatemala Ali Seçki Məhkəməsi prezident seçkilərinin rəsmi nəticələrini məhkəmə qərarına görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Seçki bülletenlərinin 98,82 faizi hesablandıqdan sonra əldə edilən nəticələrə görə, Qvatemalada prezident seçkilərinin ikinci turuna sabiq birinci xanım Sandra Torres və deputat Bernardo Arevalo getməlidir. Torres ilk üç favoritdən biri, Arevalo isə səkkizinci olub.

Sağçı partiyaları təmsil edən 9 namizəd səsvermə zamanı pozuntular barədə məlumatların araşdırılmasını tələb edərək məhkəməyə müraciət edib. Konstitusiya Məhkəməsi şikayəti qəbul edib və seçkinin nəticələrinin rəsmi elanını təxirə salmağı tapşırıb.
Bu xəbər oxucular tərəfindən 716 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed