01.02.2013 [11:12] - Gündəm, Mədəniyyət
AMEA Əlyazmalar İnstitutu İran, Türkiyə və Hindistandan qədim əlyazmaların surətlərini ölkəmizə gətirəcək. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Yaxın zamanlarda Azərbaycan ədəbiyyatına və tarixinə aid əlyazmaların surətlərinin ölkəyə gətirilməsi nəzərdə tutulub. Əlyazmalar daha çox XV-XVI əsrlərdən - Səvəfilər dövründən XIX əsrə qədər olan prosesləri əhatə edəcək. Onların arasında Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin klassik qəzəlləri də var.
Qeyd edək ki, AMEA Əlyazmalar İnstitutu tərəfindən yalnız Azərbaycanla bağlı əlyazmaların ölkəyə gətirilməsi istiqamətində işlər görülüb. Artıq bütün Şərq aləminə aid əlyazmaların Azərbaycana gətirilməsi üçün işlərin aparılması nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |