Şrift:
Deputatlar Rusiyaya səfər edəcək
04.07.2023 [09:55] - Xəbərlər, Gündəm, Siyasət
Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşliq komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək üçün iyulun 5-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, iclasın gündəliyinə uyğun olaraq, Parlamentlərarası əməkdaşlıq komissiyasının Rusiya tərəfindən olan nümayəndə heyətinin tərkibində dəyişiklik, parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Azərbaycan və Rusiya arasında sərhədyanı ərazilərdə, nəqliyyat-logistika sahəsində, habelə elmi-texniki sahədə əməkdaşlıq, PƏK-in 20-ci yubiley iclası barədə məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 1061 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed