Şrift:
Rusiya MN: Ukrayna Krım körpüsünü vurmağa cəhd edib
10.07.2023 [10:14] - Gündəm, Siyasət
Ukrayna Krım körpüsünü vurmağa cəhd edib.

Bu barədə Rusiya Hava Kosmik Qüvvələrinin Baş Qərargah rəisi Viktor Afzalov bildirib.
"S-200" raketlərinin Rusiya hava hücumundan müdafiə və radioelektron mübarizə sistemlərinin vasitələri ilə zərərsizləşdirildiyi açıqlanıb.

Onun sözlərinə görə, Ukrayna iyulun 9-da Rusiya Federasiyası ərazisinə atdığı "S-200" raketlərindən biri Krım körpüsünə, ikincisi isə Rostov vilayətindəki hərbi aerodroma istiqamətlənib.

Qeyd edək ki, Krım körpüsü ötən ilin oktyabrın 8-də partladılıb. Bir müddət əvvəl isə rəsmi Kiyev bu partlayışın Ukrayna tərəfindən Rusiya logistikasını pozmaq üçün törətdildiyini etiraf edib.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed