11.07.2023 [09:52] - Gündəm, Siyasət
Ukrayna NATO-ya üzv olmalıdır. Buna nail olmaq üçün aydın plan təqdim etməyin vaxtıdır.
Bunu Litva Prezidenti Gitanas Nauseda iyulun 10-da Vilnüsdə NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında deyib.
"Sammitin əsas mövzularından biri Ukraynadır. Hamımız başa düşürük ki, yalnız Ukraynanın qələbəsi Avropaya təhlükəsizlik və sabitliyi qaytaracaq. Müttəfiqlər Ukraynanın ərazisi tam azad olunana qədər ona gələcək hərbi yardım haqqında razılığa gəlməlidirlər. Ukrayna transatlantik sistem təhlükəsizliyinə tam inteqrasiya olunmalı və NATO-ya üzv olmalıdır. Təkrarlanan vədlərin vaxtı keçdi. Bizim buna necə nail olacağımıza dair dəqiq planın vaxtı çatıb”, - deyə Litva lideri vurğulayıb.
Onun sözlərinə görə, Vilnüs ukraynalılara xoş xəbərlərin gəldiyi yerə çevrilməlidir.
O, həmçinin xatırladıb ki, Litva əvvəldən bəyan edib ki, sammit müzakirələrlə deyil, bütün alyans üçün vacib qərarlarla səciyyələndirilməlidir. Onun fikrincə, indi Avropadakı vəziyyət hərəkətsizliyə yer qoymur.
Nauseda qeyd edib ki, NATO-nun Şərq cinahının təhlükəsizliyi alyans üçün prioritet olmalıdır.
Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə NATO-nun sammiti keçiriləcək.

Bu xəbər oxucular tərəfindən 599 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |