01.02.2013 [12:18] - Xəbərlər, Siyasət
Ötən ilin payızında ABŞ-ın şərq sahili boyunca yerləşmiş erməni icmalarında yerli polis idarəsi və ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən silsilə həbslər aparıldı. Həbs edlilənlər əsasən ABŞ-ın erməni icmasının üzvləri idilər. Mətbuatda və ABŞ polisi içində cinayətkar ermənilərin hamısı «Erməni Gücü» kriminal qruplaşmasının üzvləri kimi qeyd olunurdular.
«ERMƏNİ GÜCÜ»nün YARANMASI
Tarixən ermənilər ABŞ-ın cənub –şərq ərazilərində, xüsusilə də Kaliforniya ştatında, ştatın mərkəzi sayılan Los-Ancelesdə məskunlaşmışlar. Bunun əsas səbəblərindən biri budur ki, iqlimcə Kaliforniya çox günəşli və isti zolaqda yerləşmişdir. Digər tərəfdən, ermənilər ABŞ-ın dünya dövlətləri içərisində XX əsrin əvvəllərindən başlayaraq gücləndiyini və dünya siyasətində aparıcı dövlətə çevrildiyini anlamışdılar. İlk erməni mühacirlər əsasən ABŞ-dan Osmanlı İmperiyasına gələrək xristian missionerliyi ilə məşğul olan anqlo-sakson kilsə xadimlərinin təsiri ilə Prisveterian (anqlikan) kilsə təriqətini qəbul edirdilər.
Eyni zamanda da I Dünya Müharibəsindən sonra Türkiyədə törətdikləri cinayətlərə görə qisasdan qurtulmaq üçün Qriqoryan təriqətli erməni ailələri də anqlikan təriqətini qəbul etmiş soydaşlarının məsləhətinə uyğun ABŞ-da, xüsusilə də Los-Ancelesdə yerləşmişlər.
Yəhudi, italyan kriminala münasibətdə erməni kriminalı azsaylı və zəif idi. Yalnız SSRİ-nin dağılması ərəfəsində post-sovet məkanından miqrasiya edən ermənilərin hesabına Los-Ancelesdə erməni kriminalı güclənməyə başladı.
Rəsmi məlumatlara görə, Los-Anceles və onun ətrafında yeni erməni mühacirlər hesabına formalaşan “Erməni Gücü” - «Armenian Pover» (“Armenian Power”) adlı kriminal birləşməsini FTB-də “Silent” (ing. “saylent”- sakit) ləqəbi ilə tanınan Armen Petrosyan yaratmışdı. 1987-ci ildə onun rəhbərliyi altında Los-Ancelesin erməni kriminal avtoritetləri, eləcə də SSRİ-dəki millətcə erməni olan qanuni oğruların toplantısı keçirilmişdi. Toplantıda Los-Anceles küçələrindəki erməni bandalarını birləşdirmək məsələsi müzakirə edildi. Beləliklə, həm iqtisadi cinayətkarlıqla məşğul olan «ağ yaxalıqlı» erməni caniləri küçələrdə reket, narkobiznes, qətl, adam oğurluğu ilə məşğul olan erməni küçə bandaları bir sindikatda birləşdi.
1988-ci ilin yayında sindikatın idarə heyətinə daxil olan 20-dək erməni kriminal bossu Şərq Hollivuddakı şosselərin birində yerləşmiş yanacaqdoldurma məntəqəsinin yanındakı mini-ticarət mərkəzini öz mənzil-qərargahlarına çevirdilər. Tezliklə ətraf dükan və restoran sahibləri ya onlara aylıq ödəməyə, ya da onlardan qorunmaq üçün Los-Anceles polisindən təqaüdə çıxmış keçmiş zabitləri mühafizəçi götürməyə məcbur oldular.
ERMƏNİ BANDASININ XARAKTERİ
Ümumi hesablamalara görə, əslən Türkiyədən, İrandan, Livandan, Suriyadan, keçmiş SSRİ-dən və Avropadan olan Los-Ancelesin erməni icmasında 2500-3000 nəfərə qədər adam «Armenian Pover»in üzvləridirlər.
ABŞ FTB-sinin məlumatına görə, onların böyük əksəriyyəti «professional cinayətkar» deyillər. Səhərlər onlar müxtəlif iş sahəsində (tikinti, avtoservis, kənd təsərrüfatı və d.) çalışır, gecələr isə müstəqil və yaxud da ki, sifarişli cinayətləri icra edirlər.
«Armenian Pover» öz strukturuna görə 3 yerə bölünür: birincisi, küçə bandaları - çirkli işləri görənlər (reket, adam oğurluğu, soyğunçuluq, quldurluq, narkobiznes, fahişəlik və s.; ikinci təbəqəyə – «ağ yaxalıqlar» daxildir. Onlar əsasən ABŞ-da “white-collar offenses” adlanan cinayət növü ilə məşğul olurlar: çirkli pulların yuyulması, sığorta şirkətlərinin aldadılması, vergidən yayınma, saxta sənədlərlə müxtəlif növ sosial yardımların alınması, iqtisadi dələduzluq; üçüncü təbəqə isə elitadır. Elita əsasən imkanlı kriminal ünsürlərdən - ABŞ-ın erməni diasporunun başçıları ilə ünsiyyətdə olanlardan, transmilli kriminal bosslarından ibarətdir ki, onların da çox vaxt adları heç bir yerdə hallanmır.
Los-Anceles və onun ətrafında «Armenian Pover»ə daxil aşağı təbəqə banda üzvlərini geyimlərinə görə tanımaq olur. Onlar adətən xaki rəngli şalvarlar, ağ qolsuz köynəklər, tünd göy rəngli xizəkçi papaqları geyinir, «Locs» brendi stilindəki gün eynəkləri taxırlar.
Aşağı təbəqə erməni qanqsterlərinin əksəriyyəti bədənlərində xüsusi döymələr etdirirlər. Döymələrlə çox vaxt “Armenian Power” ifadəsini və ya bu ifadənin baş hərflərini (“A.P.”) bədənlərinə yazırlar. Küçə bandalarının üzvləri foto- və telekameralar qarşısında poz verməkdən çəkinmirlər.
Orta təbəqə küçə bandalarının üzvləri isə, vaxtilə italyan mənşəli Qambino və Lukkeze mafiyalarının üzvlərinə özlərini oxşatmağa çalışırlar. Onlar dəblə geyinir, bahalı avtomobillərdə gəzirlər, ABŞ-ın bahalı kurortlarında istirahət edirlər, çox vaxt özləri ilə iriçaplı snayper tüfəngləri və ya atəş açan «karandaş»lar gəzdirirlər.
MƏKAN UĞRUNDA MÜBARİZƏ
70-ci illərdən etibarən ABŞ-ın şərq sahilboyu regionlarında işçi qüvvəsinin əsas mənbəyi Latın Amerikasından olan mühacirlər oldular. «Latinosların» məhəllələrində öz kriminal qruplaşmaları yetişdi ki, artıq onlar bir çox sahələr üzrə erməniləri arxada qoymuşlar.
XX əsrin 80-ci illərində Latinos bandaları ilə «Armenian Pover»in ilk toqquşmaları baş verdi. Kriminal müharibəni uduzaraq ermənilər bir sıra gəlirli kriminal sahələri, əsasən də narkobiznes, qadın alveri və silah alverinin böyük bir qismindən əl çəkməli oldular. İkinci «müharibə» 2000-ci illərdə başladı.
2000-ci il mayın 22-də «Ağ Çəpər» latino bandasının killeri Xose Argeta «Armenian Pover»in yaradıcısı və başçısı Armen Petrosyanı öldürür. Bunun ardınca mayın 24-də Hollivuddakı bahalı restoranın girişində «Armenian Pover»in digər tanınmış siması olan və post-sovet məkanında «Simon» ləqəbli erməni qanuni oğrusunu qətlə yetirirlər.
Ermənilərin qisas qətli uğursuz olur. İspandilli məhəlləyə hücum edib, yerli latino bandasının bossuna qarşı pusqu ifşa olunur. Küçə atışması zamanı latino bandalarının heç birinin başçısı və ya üzvü yaralanmadığı halda, küçədən təsadüfən keçən 17 yaşlı Latın Amerikalı gənc öldürülür. Bu isə Los-Ancelesin latino məhəllələrində ermənilərə qarşı güclü çıxışlara səbəb olur. İşə yerli və federal dövlət orqanları, hər iki diasporun tanınan adamları, ispandilli katolik və erməni qriqorian kilsələri qarışırlar. Rəsmi və qeyri-rəsmi olaraq ispandilli diasporla erməni diasporu arasında problem aradan qaldırılır, kriminal sahədə isə ermənilər latinoslara öz xidmətlərini təklif edirlər. Bu gün artıq hər iki kriminal qruplaşma arasında ciddi qarşıdurma müşahidə edilmir. Əksinə, müəyyən məsələlərdə əməkdaşlıq qeyd olunub. Eyni zamanda “Armenian Pover” həm də qaradərili bandalarla da iş birliyindədir.
FTB «ARMENİAN POVER» BARƏDƏ NƏ BİLİR?
2011-ci il fevralın 16-da ABŞ-ın ermənilərin yaşadığı şərq regionu boyunca 800 federal və yerli hüquq-mühafizə orqanlarının cəlb edildiyi “Cərəyanın söndürülməsi” (Operation Power Outage) adlı böyük əməliyyatda 100-ə qədər «Armenian Pover» cinayətkar sindikatının üzvləri həbs edildi. Məlum oldu ki, ABŞ-ın FTB-si ermənilərin cinayətkar strukturu barədə az məlumatlı deyil. ABŞ-ın ədliyyə nazirliyinin cinayət işləri üzrə idarəsinin “erməni cinayətkarlığı” şöbəsinin əməkdaşı Martin Estrada erməni KİV-lərinə müsahibəsində maraqlı faktlar açıqlamışdır.
KİV-ə müsahibəsində Martin Estrada bildirmişdir ki, ABŞ FTB-si və Ədliyyə Nazirliyi tərəfindən aparılan uzun müddətli istintaq, izləmələr və dindirmələr ABŞ-dakı «Armenian Pover» barəsində bir çox faktları üzə çıxardı. Onun sözlərinə görə, keçmiş SSRİ-dən, indiki Ermənistandan və hətta Şərqi Avropadan olan ermənilər identifikasiya bilgilərini oğurlamaq bacarığına malikdir. Səbəb isə budur ki, onların ABŞ-a gələn turist və digər insanların sənədlərinə, həmçinin elektron texnologiyalara çıxışları var. «Amrenian Pover»in əsas gəlir mənbəyi məhz bu informasiyaların əldə edilməsi vasitəsilə nəhəng dələduzluq əməliyyatlarının keçirilməsidir. Onlar kənar şəxslərin adları, sosial kartlarının nömrələri, doğum illərini əldə edirlər, bəzi turistlərlə cinayətkar əlaqələrə girir, bu yönlü informasiyanı satın alır, sonra isə, bu informasiyadan müəyyən sosial yardım, kredit almaq üçün istifadə edirlər.
Estradanın sözlərinə görə, «Armenian Pover» olduqca təcrübəli cinayətkar strukturdur. O, öz sıralarında həm küçə quldurlarını, həm də ofis dələduzluğu ilə məşğul olan ali təhsilli cinayətkarları birləşdirir. Hətta «Armenian Pover» köhnə İtaliya mafiyası ilə küçədəki latino bandalarının «nigahına» bənzəyir. «Armenian Pover» Los-Ancelesin küçələrində də güclüdür. Çünki, özü ilə silah gəzdirən, digərlərinə fiziki ziyan vuran və «çirkli işləri» görən gənc küçə quldurlarına əsaslanır. Həmçinin, «Armenian Pover»də olan ikinci təbəqə küçə bandalarına aid deyil. Onlar dələduzluq, çirkli pulların yuyulması və analoji cinayətlərdə ixtisaslaşırlar və cinayətkarlığın hər iki sahəsini bir mərkəzdən idarə edən elitar qrup da vardır.
«ARMENİAN POVER» VƏ QANUNİ OĞRULAR
M.Estrada «Erməni gücü» barəsində müsahibəsində həm də xüsusi bir mövzuya toxunur. Ədliyyə işçisi göstərir ki, Los-Ancelesə gələn keçmiş SSRİ-nin bütün qanuni oğruları «Armenian Pover» ilə birbaşa əməkdaşlıq edir. MDB məkanından olan qanuni oğruların Los-Ancelesdəki erməni kriminalına, yəni «Erməni gücü»nə üstünlük verməsinin müxtəlif səbəbləri var.
Bu kriminal strukturun bossları arasında milliyyətcə erməni olan qanuni oğrular, gəlmə qanuni oğrulara zəmanət verirlər. Digər tərəfdən, «Armenian Pover» Los-Ancelesin küçələrində 5 iri etnik kriminaldan (latino, italiyalılar, çinlilər, zəncilər, ermənilər) biridir. Həmçinin, «Armenian Pover» hal-hazırda əsasən Latın Amerikasından (ilk növbədə Meksikadan) olan kriminal qruplarla sıx işləyir. Latino, xüsusilə də Meksika bandaları nəinki Kaliforniya ştatındakı, eləcə də, bütün ABŞ boyu türmələrə nəzarət etməkdədir. «Armenian Pover» bu cür əlaqələrə malik olduğu üçün həm küçələrdə güclüdür, həm də həbsxanalarda müdafiəyə malikdir.
Öz müsahibəsində «erməni kriminalı» ilə məşğul olan ABŞ ədliyyə nazirliyi işçisi M.Estrada qeyd edir ki, «Armenian Pover»in üzvlərinin yarısı keçmiş SSRİ-dən olan ermənilərdir. Onların indi də həmin ərazilərdə qohumları yaşamaqdadır. Onlar Ermənistanda, keçmiş SSRİ ərazisində və Şərqi Avropada cinayət törətmiş erməniləri ABŞ-a qaçırmaqla və ABŞ-da cinayət törətmiş və axtarışda olan erməniləri Avropa və MDB məkanına çıxarmaqla məşğul olurlar.
Martin Estrada erməni jurnalisti E.Baqdasaryana müsahibəsində bildirmişdir ki, ABŞ ədliyyə nazirliyi və FTB –nin əlindəki məlumatlara görə, «Armenian Pover» Ermənistan rəhbərliyindəki vəzifəli şəxslərlə də əlaqədədir. Lakin «Armenian Pover» ilə kriminal əməkdaşlığı olan Ermənistan və Rusiyadakı vəzifəli şəxslərin adları, həmçinin, ABŞ-dan Ermənistana və Rusiyaya, eləcə də əksinə istiqamətdə kriminal pulların köçürülməsi məsələsində M.Estrada bunları bildirmişdir: «Bu məxfi məlumatdır. Mən bunun haqqında danışmaq istəmirəm».
ERMƏNİLƏR ÜÇÜN KRİMİNAL “CƏNNƏT”
M.Estradanın sözlərinə görə, Los-Ancelesi erməni kriminalı üçün tam cənnət saymaq olar. Belə ki, bütünlükdə Kaliforniyada, o cümlədən, Cənubi Kaliforniyada, Oranj, Qlendeyl, Berbenk, Los-Ancelesin şimal hissəsində, əhalisi ümumilikdə 1 milyon olan erməni məhəllələri var. Los-Ancelesin iqtisadiyyatı ABŞ-ın ən böyük iqtisadiyyatlarından biridir. Ticarətin həcmi burada nəhəngdir. Ştat Meksikaya yaxın yerləşdiyi üçün onun dəniz limanları faktiki ABŞ-vn narkobiznes mərkəzidir.
O, qeyd edir ki, cinayətlərin bir qismi elə erməni icması daxilində baş verir. Ümumiyyətlə, etnik mafiyaların ilk və daimi qurbanları öz həmvətənləridir. Əsas səbəbi odur ki, milli mafiya tam əmindir: milli kriminal haqqında polisə xəbər verəni bütün icma “satqın” kimi qiymətləndirəcək.
“ARMENİAN POVER”in SON İŞLƏRİNDƏN BİRİ
«Armenian Pover»in aktiv üzvlərindən biri «Dzi» (hayca «ayğır» deməkdir) ləqəbli Arman Şaropetrosyan vaxtilə silah qaçaqmalçılığı və ictimai yerdə polislə atışdığı üçün 10 il həbsə məhkum olunmuşdu. Həbsxanada olarkən buradakı erməni «Armenian Pover» və latino bandalarının himayəsi altında sakit durmamış, yeni cinayət planı hazırlamışdır. Ona həmçinin, həbs cəzası çəkən Los-Ancelesin «Ölü» ləqəbli dələduzu Aqnus Braun da kömək etmişdir.
Kaliforniyanın «Avenal» həbsxanasında latino və erməni kriminalının tam dəstəyi ilə plan hazırlayaraq Şaropetrosyan işə başlamışdır. Gizli surətdə erməni kriminalı vasitəsilə həbsxanaya keçirilən mobil telefonlar onların köməyinə gəldi. Həbsxanada olaraq mobil telefonlar vasitəsilə Şaropetrosyan «Armenian Pover»in istər küçə bandaları, istəsə də ofis dələduzları ilə əlaqəyə girdi. Ermənilər ABŞ-ın dövlət və iri banklarından rüşvət vasitəsilə yaşlı müştərilərin identifikasiya məlumatlarını əldə etdilər. Həmin müştərilərin imzalarını saxtalaşdıraraq tezliklə, həbsdə olan Şaropetrosyan tərəfindən qurulmuş cinayətkar sxem «Armenian Pover» üçün 10 milyon dollar xeyir gətirdi. Nəticədə, ABŞ üzrə 5 -10 min bank istifadəçisinin adından banklardan nəhəng kreditlər, sosial yardımlar götürüldü. Cinayəti izləmiş ABŞ iqtisadi cinayətkarlıq idarəsi inana bilmirdi ki, bu sxemin başında duranlar həbsxanadadırlar.
2012-ci il noyabrın 28-də Kaliforniyanın Santa-Ana məhkəməsinin hökmü ilə 33 yaşlı Şaropetrosyan və onunla əlbir olan Aqnus Braun hər birinə 25 il olmaqla həbs cəzası aldılar. Həmçinin, onların adına olan bütün əmlaka (təqribən 10 milyon dollar həcmində) həbs qoyuldu.
Buna baxmayaraq, ABŞ KİV-də belə bir məlumat gedirdi ki, «Ayğır» Arman bu ağılın sahibi ola bilməzdi. Hətta o, hakimə yazdığı məktubunda göstərirdi ki, hələ həbsdən əvvəl «heroin onun həyatını dağıtmış və onu assosial fərdə çevirmişdir». Bu fikrin tərəfdarları göstərirlər ki, Şaropetrosyan «Armenian Pover» strukturunda erməni küçə bandalarının birinin başçısı olub və onun ağılı yalnız gizli silah alveri və küçədə polislə atışmağa çatırdı. Bir çoxlarının fikrincə, sadəcə sxem elə qurulmuşdu ki, bütün günahlar Arman Şaropetrosyanın üzərinə düşsün və o da günahı öz üzərinə götürməyə razı olsun.
«ARMENİAN POVER» GÜCLƏNİR
SSRİ-nin dağılması ilə Ermənistandan olan 10 minlərlə mühacir ABŞ-dakı soydaşlarının məsləhəti ilə Kaliforniya ştatının İst-Hollivud, Nort-Hollivud və Qlendeyl şəhərciklərində yerləşdilər. Buradakı ispandilli, yəni latino bandaları bu cür qonşulardan heç də razı deyildilər.
2012-ci ilin aprel ayında «Armenian Pover» bandalarının birinin daxilində çəkişmə qanlı toqquşmaya keçdi. 18 yaşlı erməni Arsen Vardanyan digər 18 yaşlı soydaşı, həm də banda üzvü Marat Manukyanı öldürür. Tezliklə qatil həbs olunur. Cinayət işini aparan Los-Anceles polisinin leytenantı Endi Neyman açıqlamasında bildirmişdir ki, əvvəllər polis erməni və latino bandalarının toqquşmasından ehtiyat edirdisə, indi narahatlığın səbəbi tam ayrıdır. Nort-Hollivudda və ümumilikdə Kaliforniyadakı erməni icmalarında mühacirlər hesabına «Armenian Pover» həm öz sayını artırır, həm də gəncləşməkdədir. İş o yerə çatıb ki, «Armenian Pover»in küçə bandaları daxilində də liderlik üstündə toqquşmalar baş verir. Neymanın fikrinə görə, belə getsə, qarşıdakı 20-30 il ərzində Los-Ancelesdə «Armenian Pover» öz gücünə görə hətta meksikalı, latino bandaları səviyyəsinə çatacaqdır.
P.S. ABŞ-da yaşayan bir çox azərbaycanlılar açıq bildirirlər ki, onlar Azərbaycan diasporunun şənlik, milli bayram, toy və digər çalğı ilə müşayiət olunan tədbirlərinə çox rahat qoşulurlar. Hətta, Azərbaycanda insan hüquqları və demokratiya problemini şişirdən, ABŞ-dakı Azərbaycan səfirliyi qarşısında etiraz aksiyalarında da çox asanlıqla iştirak edirlər. Amma Qarabağ, erməni işğalçılığı və vəhşilikləri mövzusunda Azərbaycan diasporlarının tədbirlərinə çox az azərbaycanlı qatılıq. Çünki, onlar «Armenian Pover»dən yaman qorxurlar…
SEVDA ƏSGƏROVA
“Millətçilik” qəzeti

Bu xəbər oxucular tərəfindən 3560 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |