Şrift:
Bu gün yeni əməkdaşlıq formatında Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək
12.07.2023 [09:55] - Gündəm, Siyasət
İyulun 12-də Litvanın paytaxtı Vilnüsdə NATO sammiti çərçivəsində Ukrayna-NATO Şurasının ilk iclası keçiriləcək. Bu, Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyaya kömək edəcəyi gözlənilən yeni əməkdaşlıq formatıdır.

Sammitin proqramına əsasən, iclasdan öncə NATO-nun Baş katibi Yens Stoltenberqin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olacaq. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Daha sonra Ukrayna-NATO Şurasının dövlət və hökumət başçıları səviyyəsində iclasının keçirilməsi planlaşdırılır. NATO-nun Baş katibi iclasdan sonra nəticələrə dair çıxış edəcək.

NATO Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernevin mətbuata açıqlamasına görə, iclasda mövcud təhlükəsizlik məsələləri və NATO-nun inkişafının strateji baxışı, eləcə də Ukraynanın Alyansa daxil olması müzakirə ediləcək.

Emil Hüseynli
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed