Şrift:
Bu il Azərbaycanın hasil etdiyi neftin həcmi açıqlanıb
12.07.2023 [10:01] - Gündəm, İqtisadiyyat
Bu ilin 6 ayında Azərbaycanda neft-kondensat hasilatı 15,2 mln. ton, ixracı isə 12,7 mln. ton olub.

Bu barədə energetika naziri Pərviz Şahbazov “Twitter“ hesabında paylaşım edib.

Xatirladaq ki, ötən il qeyd olunan göstəricilər müvafiq olaraq 16,5 mln. ton və 13,4 mln. ton səviyyəsində olub.

Paylaşıma əsasən, hesabat dövründə 3% artımla hasil edilmiş 24,1 mlrd. kubmetr qazın 12 mlrd. kubmetri ixrac olunub.

“Bu ilin 6 ayında operativ məlumatlara əsasən neft-kondensat hasilatı 15,2 mln. ton, ixracı isə 12,7 mln. ton olub. Bu dövrdə 3% artımla hasil edilmiş 24,1 mlrd.m3 qazın 12 mlrd.m3-i ixrac olunub”, - paylaşımda qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 736 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed