Şrift:
UEFA Çempionlar Liqası: "Qarabağ" "Linkoln"u məğlub etdi
12.07.2023 [10:06] - Xəbərlər, Gündəm, İdman
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Azərbaycanın "Qarabağ" klubu Cəbəllütariqdə "Linkoln"un qonağı olub.

Oyun təmsilçimizin 2:1 hesablı qələbəsi ilə bitib.

Oyunda ilk qolu meydan sahiblərinin oyunçusu Kike Qomes vurub (25-ci dəqiqə). 58-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Redon Cica hesabı bərabərləşdirib - 1:1. Oyunun sonlarında təmsilçimizin hücumçusu Yassin Benzia "Qarabağ"ı hesabda önə keçirib - 2:1.

Qeyd edək ki, cavab oyunu iyulun 19-u Bakıda keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1083 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed