Şrift:
İsveç NATO-ya üzv olduqdan sonra ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır
13.07.2023 [09:42] - Siyasət
İsveç NATO-ya üzv olduqdan sonra ərazisində nüvə silahı yerləşdirməyi planlaşdırmır.

İsveçin müdafiə naziri Pol Conson müvafiq bəyanatla çıxış edib. Onun sözlərinə görə, hazırda nə Krallığın, nə də NATO-nun özünün bununla bağlı bir planı yoxdur. Eyni zamanda, İsveç vəziyyəti nəzərə almalıdır, çünki NATO həm ənənəvi, həm də nüvə silahının qarşısının alınmasına əsaslanan hərbi ittifaqdır.

Digər amillərlə yanaşı, İsveçin NATO-ya üzv olması xaricdə əməliyyatların aparılması üçün Krallığın qoşunlarından istifadə edilməsini də nəzərdə tutur. Müdafiə nazirinin sözlərinə görə, İsveç hərbçilərinin qanunvericilik məhdudiyyətləri ilə əlaqədar NATO-nun üzvü olaraq müxtəlif əməliyyatların aparılması üçün xaricə gedə biləcəyi hələ ki, aydın deyil. “Lakin, zərurət halında Krallıq Alyansın tələblərinə cavab vermək məqsədilə gələcəkdə qanunvericilikdə dəyişikliklər edə bilər”, - deyə İsveçin müdafiə naziri bildirib.

Rauf Əliyev
Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed