Şrift:
Avropa İttifaqı Tunislə anlaşma memorandumu imzalayıb
17.07.2023 [10:09] - Gündəm, Siyasət
Avropa İttifaqı (Aİ) ilə Tunis arasında anlaşma memorandumu imzalanıb.

Karfagendə keçirilən imzalanma mərasimində Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, İtaliyanın Baş naziri Ciorcia Meloni, Niderlandın Baş naziri Mark Rutte və Tunis Prezidenti Kays Sayid iştirak ediblər.

Ciorcia Meloni sənədi Aİ ilə Şimali Afrika ölkələri arasında münasibətlərin yeni modeli kimi qiymətləndirib, gələcək əməkdaşlıq baxımından mühüm addımın atıldığını deyib.

Ursula Fon der Lyayen isə Avropa İttifaqı-Tunis tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu, Aİ-nin Tunisə makromaliyyə yardımı göstərəcəyini bildirib. Sənəddə makromaliyyə yardımı, iqtisadi əlaqələrin gücləndirilməsi, yaşıl enerji sahəsində və qeyri-qanuni miqrasiyaya dair birgə əməkdaşlıq nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed