Şrift:
Son 6 ayda 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron qaydada aparılıb
17.07.2023 [10:16] - Sosial
Bu ilin yanvar-iyun aylarında 86 min pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Onlardan 18 mini pensiya, 68 mini müavinət və təqaüd təyinatıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən həmin sosial ödənişlərin təyinatı elektronlaşdırılıb. Bununla da vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq təyinatlar e-qaydada aparılır.
Bu xəbər oxucular tərəfindən 3024 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed