19.07.2023 [09:45] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Avropa və ABŞ-ın mövqeyi bizim irəli sürdüyümüz prinsiplərə tam uyğundur, hətta Ermənistan da bunu qəbul edir”
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Brüsseldə Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşündən sonra mətbuata açıqlamasında deyib ki, Cənubi Qafqazda vəziyyətin normallaşmasına kömək edəcək mümkün konkret addımları da müzakirə ediblər:
“Qeyd edək ki, üçtərəfli görüş əsnasında sərhədlərin delimitasiyasi məsələsi, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi, nəqliyyat dəhlizlərinin açılması, Naxçıvanın Azərbaycanın digər hissəsi ilə birləşdirilməsi, qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və onların tərksilah edilməsi, son olaraq da qaçaqmalçılıq faktları ilə bağlı məsələlər müzakirə olunub. Qarabağ üçün nəzərdə tutulan humanitar daşımaların Bərdə-Ağdam istiqamətindən daşınması perespektivi, Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycanın tərkibində Azərbaycan qanunları, Azərbaycan Konstitutsiyası altında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində yaşaması məsələləri, eyni zamanda Qərbi Azərbaycan İcması və onların qayıdışı məsələsi də danışılqar zamanı müzakirə olunub.
Çox maraqlıdır ki, Şarl Mişel AB adından konkret olaraq Qarabağ ermənilərinin Azərbaycan tərkibində, bizim Konstitusiyamız əsasında yaşamasının zəruriliyini qeyd edib. Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bildirdi ki, Qərb və ABŞ istəyir “Dağlıq Qarabağ” Azərbaycanın tərkibində qalsın. Ardınca bildirdi ki, əgər Ermənistan oranı spesifik xüsüsiyyətlərə malik bir ölkə sayırsa, biz bu məsələni gələcəkdə müzakirə edə bilərik. Putin açıqlamasında açıq qeyd etmişdi ki, ABŞ Qarabağın Azərbaycanın tərkibində olmasını istəyir. Mişel də bu mövqeyi tam bölüşürsə, bu o anlama gəlir ki, Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını qəbul etmə məsələsində ABŞ-la Avropa Birliyinin mövqeyi tam birləşir. Bunun bizim üçün nə kimi üstünlükləri var və bu amil perspektiv üçün nə vəd edir?
Milli Dövlətçilik Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, burada iki prinsipial məsələ var:
”Birincisi, Avropa Birliyi və ABŞ istəyir ki, tərəflərin özləri razılığa gəlsin. İkincisi, Qarabağda yaşayan erməni əsilli vətəndaşlarla bağlı deyirlər ki, onlar kiminsə vasitəçiliyi olmadan birbaşa özləri Azərbaycan dövləti ilə danışsınlar. Yəni özlərini 3-cü tərəf kimi ortaya atmırlar. Rusiya isə bütün məsələlərdə birbaşa özünün ortada olmasını istəyir. Hətta son bəyanatında deyir ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla onları və sülhməramlıları çıxılmaz vəziyyətə salıb. Moskva bunu 2020-ci ildə imzalanan 10 noyabr bəyanatına da zidd sayır. Şarl Mişelin səsləndirdiyi bəyanatda isə bildirilir ki, ermənilərin Qarabağda qaldırdığı təhlükəsizlik məsələləri Azərbaycanın daxili məsələsi kimi nüzakirə ediləcək. Ermənilərə mesaj verilir ki, başqa bir format olmayacaq. Hərçənd ki, ermənilər beynəlxalq mexanizm adı ilə yeni bir formatın yaradılmasına cəhd edir. Artıq sübut olunur ki, bu məsələdə ABŞ və AB eyni mövqe sərgiləyir. Hətta Paşinyan da belə düşünür. Düzdür, bəzən ehtiyat edərək bunları açıq ifadə etmir. Bu məsələdə pozuculuq mövqeyini tutan Rusiyadır. Son bəyanatda Moskva açıq mətnlə tələb edir ki, “Laçın dəhlizini açın”. Bütün vətəndaşların yoxlanmadan keçidi, yüklərin maneəsiz daşınmasının təmin olunmasını istəyirlər. Bir sözlə, əvvəlki özbaşınalığın bərpasına çalışırlar. Rusiya bütün mümkün vasitələrlə çalışır ki, Paşinyana da təzyiqlər etsin. Belə nəticəyə gəlinir ki, Rusiya sülh müqaviləsinin bağlanmasını istəmir. Şarl Mişelin variantı ilə danışıqlar aparanda sülhməramlılara ehtiyac qalmır. Rusiyanın özü Qarabağda ermənilərin etiraz aksiyasını keçirir ki, güya onlar sülhməramlılardan nəsə tələb edirlər. Avropa və ABŞ-ın mövqeyi bizim irəli sürdüyümüz prinsiplərə tam uyğundur, hətta Ermənistan da bunu qəbul edir. Buna görə də, Rusiya təxribatları daha çox Arayik Arutunyanın əli ilə həyata keçirməyə çalışır. Çünki Paşinyan onların tilovuna çox da düşmür, hər dəfə “oynayıb” çıxır. AB-nin belə mövqedə olması tam olaraq bizim xeyrimizədir”.
Məhəmmədəli QƏRİBLİ/baki-xeber.com

Bu xəbər oxucular tərəfindən 1204 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |