Şrift:
Katerina Reyç: “Erməni ordusunun Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb”
01.02.2013 [14:35] - Xəbərlər, Siyasət
Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosial İttifaqı partiyalarının fraksiyasından olan deputatı, dövlət katibi Katerina Reyç Ermənistanın Xocalı aeroportu barədəki planlarına dair məsələyə münasibət bildirib.

K.Reyç deyib ki, Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılmasının vaxtı çoxdan çatıb: “BMT Təhlükəsizlik Şurası bunu öz qətnamələrində dəfələrlə tələb edib. Almaniya və Avropa Birliyi bu məsələdə həmfikirdir. 2012-ci il, iyulun 19-da Dağlıq Qarabağda keçirilən qondarma ”prezident seçkiləri"nə münasibət bildirən Avropa Birliyinin xarici və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton açıq deyib ki, Avropa Birliyi bu seçkiləri tanımır".
K.Reyç Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq deyib ki, onun ölkəsinin - Almaniyanın Qarabağ məsələsindəki mövqeyi aydındır: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir və işğala son qoyulmalıdır. İşğalın başa çatması ilə regiondakı qaçqınların çoxu üçün yeni perspektivlər yaranacaq. Biz Cənubi Qafqazda sabitliyi və təhlükəsizliyi təmin etmək üçün Azərbaycanla yaxından əməkdaşlıq edirik. Qarabağ münaqişəsi ölkənin ən böyük problemidir. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun iqtisadiyyatı və cəmiyyəti üçün müsbət təkan yarada bilər. Bu, regionun bütün dövlətlərinin marağındadır. Sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyətlə əməkdaşlıq Almaniya üçün xüsusilə vacibdir. BMT, Avropa Birliyi və ATƏT uzun müddətdir ki, münaqişənin sülh yolu ilə həll olunmasının yollarını birlikdə axtarır. Sülhə gedən yolda geriləməyə yol verilməməlidir. Lakin Ermənistan hökuməti işğal olunmuş Qarabağda Xocalı aeroportunu yenidən açmaqla bunun əksini edir. Bu, Azərbaycanın hava məkanının pozulmasıdır”
Bu xəbər oxucular tərəfindən 906 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed