01.02.2013 [14:54] - Xəbərlər, DAVAMın yazıları
Aydın Balayev
tarix elmləri doktoru
Həyat və azadlığa yalnız
onların uğrunda hər gün döyüşə
getməyə hazır olanlar layiqdirlər.
Henrix Heyne
Azərbaycanın mühacir şairi Kərim Yayğılının 1955-ci ilin soyuq qış günlərində M.Ə. Rəsulzadənin vəfatı münasibətilə yazdığı “Batan günəş” şerində aşağıdakı misralar özünə yer alıb:
Sar köksünə, Ankara, yurdumun ziynətini,
Günü gəlincə istər, səndən əmanətini.
Təəssüflə qeyd etməliyik ki, həmin gün hələ gəlməyib və onun, ümumiyyətlə, nə vaxtsa gələcəyi məlum deyil. Ən acınacaqlısı isə odur ki, özünü haqlı olaraq 1918-1920-ci illər Azərbaycan dövlətinin hüquqi varisi hesab edən müasir Azərbaycan Respublikası ərazisində Cümhuriyyət banilərindən heç birinin (?!) məzarı yoxdur.
Azərbaycanın azadlıq və müstəqillik ideallarının həyata keçməsi üçün mümkün olan hər şeyi etmiş M.Ə. Rəsulzadə, Ə.M. Topçubaşov, F. Xoyski, N. Yusifbəyov, H. Ağayev də digər görkəmli şəxsiyyətlərin nəşi ən yaxşı halda vətəndən çox-çox uzaqlarda uyuyur. “Çeka” zindanlarında bolşevik cəlladları tərəfindən məhv edilmiş Cümhuriyyət xadimlərindən bir çoxunun məzarı isə ümmumiyyətlə mövcud deyil.
Demək çətindir ki, heç bir millətə baş ucalığı gətirməyəcək bu fakt tarixin istehzası, yoxsa Azərbaycan xalqının öz keçmişinə biganəliyindən doğan təbii intiqamıdır. Hər halda Cümhuriyyət liderlərinin taleyi məşhur latın aforizmini yada salır – Ingrata patria, ne ossa quidem mea habebis (Nankor vətən, sən mənim sümüklərimə belə sahıb ola bilməyəcəksən).
Həmin aforizmin yaranmasını Roma sərkərdəsi Publi Korneli Stsipionla əlaqələndirirlər. II Pun müharibəsində Romanın Karfagen üzərində qələbəsində həlledici rol oynamış Stsipion az sonra onun artan nüfuzunu həzm edə bilməyən bədxahları tərəfindən əsassız olaraq şərlənərək, düşmənlərlə sövdələşmədə günahlandırılır. Bu haqsızlığa dözməyən məğrur Stsipion Liternadakı malikanəsinə çəkilərək tənha həyat sürmək qərarına gəlir və az keçməmiş elə orada da vəfat edir.
Rəvayətə görə, o, “nankor vətəndə dəfn olunmasını istəməyərək”, elə həmin malikanədə basdırılmasını vəsiyət edir.
Bu hadisədən təxminən iki min il sonra Cümhuriyyətin istinasız olaraq bütün liderləri həmin aqibəti yaşamalı oldular.
Hərçənd ki, böyük bədbinlik üçün də elə bir səbəb yoxdur. Çünki taleyin amansız sınaqlarına baxmayraq, M.Ə. Rəsulzadə və onun silahdaşlarının bütün həyatları boyu uğrunda mübarizə apardıqları və bu çətin mücadilədə həm uğurların sevincini, həm də uğursuzluqların acısını daddıqları əsas amalları hər halda həyata keçmişdir. Dünyanın müasir siyasi xəritəsindəki müstəqil Azərbaycan Respublikası bunun əyanı təsdiqidir.
Çətin ki, kimsə, nə vaxtsa Cümhuriyyət liderlərinə müstəqil Azərbaycan dövləti və onun üç rəngli bayrağından daha möhtəşəm abidə ucaltmaq iqtidarında olsun.
Bunların hər ikisi üçün isə biz Azərbaycan türklərinin çağdaş milli dövlətçiliyinin banisi – MƏMMƏD ƏMİN RƏSULZADƏ dühasına borcluyuq.

Bu xəbər oxucular tərəfindən 924 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |