24.07.2023 [11:09] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Qarabağda separatçıların aktivləşməsi, aksiyaların təşkil olunması "doğuş sancıları"dır
Qarabağdakı separatçılar elan etdikləri kimi bir həftə sonra deyil, daha erkən “addımlar ata” bilərlər. Bu barədə separatçıların saxta “dövlət naziri” Qurgen Nersisyan bildirib. Bununla belə, separatçı konkret hansı addımların nəzərdə tutulduğunu yenə də açıqlamayıb:
“Vəziyyət hər saat dəyişir və elə durum yarana bilər ki, bir həftə gözləmək mümkün olmaya bilər”. Qeyd edək ki, bir müddət öncə Qarabağdakı separatçıbaşı Araik Arutyunyan beynəlxalq istimaiyyətin tədbir görməyəcəyi təqdirdə hansısa “sərt addımlara" əl atacaqlarını açıqlayıb. O, daha sonra aclıq aksiyası keçirməyin də mümkünlüyündən bəhs edib. Xatırladaq ki, son günlər Xankəndi və ətrafında separatçıların təşkil etdiyi aksiyalar keçirilməkdədir. Aksiyalarda Azərbaycan əleyhinə şüarlar səsləndirilir, Qarabağda yaşayan ermənilərin "blokada" şəraitində qalması, "böhran" yaşandığı iddia olunur.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev deyib ki, Qarabağda separatçıların aktivləşməsi, aksiyaların təşkil olunması və orada baş verən təxribatlar həmin ərazilərin Azərbaycanın suverenliyinə keçməsinin "doğuş sancıları"dır. Partiya rəhbərinin sözlərinə görə, bu ağrı-acının yaşanma səbəbi də Rusiyadır:
"Rusiya fərqindədir ki, ayağının Qafqazlardan kəsilməsi həm də onun sonunun başlanğıcıdır. Ona görə də Qarabağda müxtəlif oyunlara əl atır. Hamısının müəllifi Rusiyadır. ABŞ-də, Brüsseldə, ümumən qeyri-rus məkanlarında görüşlər keçirilən kimi mütləq təxribatlar baş verir. Amma diqqət edin, tərəflər Rusiyada bir araya gəldikdə, nisbi sakitlik olur və təxribat yaşanmır. Bu, Rusiyanın Ermənistandakı rıçaqlarından sülh müqaviləsinin olmaması üçün istifadə edilməsidir. Vəziyyəti gərginləşdirmək niyyəti güdən Moskva Qarabağda separatçıların meydana çıxmasını istəyir. Hesab edir ki, bununla Rusiya sülhməramlı kontingentinə ciddi ehtiyac yaranacaq. Bunu da aksiyalarda və başqa yerlərdə ermənilərə zorla dedizdirirlər. Bunlar heç Nikol Paşinyanın da iradəsindən asılı olmayan məsələlərdir. Hətta Moskva Paşinyanı devirmək niyyətindədir. Digər yandan sülh müqaviləsinin olmamasını istəyir".
F.Quliyev son günlər Rusiyadan gələn açıqlamaları da şərh edib:
"Rusiya XİN bildirdi ki, Paşinyanın Qarabağı Azərbaycan ərazisi kimi tanımasından sonra sülhməramlılar üçün yeni situasiya yaranıb. Necə olur ki, adı "sülhməramlı" olan qüvvə sülh danışıqları istiqamətində atılan addımları təqdir etmir? Moskva bütün təmasların üstündən xətt çəkir və iddia edir ki, yalnız üçtərəfli bəyanat çərçivəsində Moskva-Bakı-İrəvan arasında aparılan müzakirələr keçərlidir. Rusiya açıq şəkildə öz simasını ortaya qoydu. Lakin Kreml özü də fərqindədir ki, bu məsələlərin arxasında dayana bilməyəcək. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın "Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağdan çıxacaq" sözləri də Moskvaya ultimatum idi. Rusiya ard-arda şillə yeməklə məşğuldur. Ötən müddətdə Ukrayna ilə savaş Donbas vilayətində idisə, indi müharibə Krımda gedir. Artıq Ermənistan hökumətinin də vaxtı daralmaqdadır. Türkiyə İrəvana bir ay zaman verib. Göründüyü kimi, Ermənistan da Rusiyanın yanında deyil. Çünki Ankara-İrəvan münasibətlərinin normallaşması Azərbaycanla sülhün imzalanmasından keçir. Yəni şərtlər Azərbaycanın xeyrinə işləyir. Ehtiyatla bu məsələləri sona çatdırmalıyıq. Addım-addım irəliləməyi, məqsədlərimizə nail olmağı əxz eləmiş, platformaya çevirmiş bir dövlətik. Pafosla bəyanat verib, sonra onun girovuna çevrilmirik".
İsmayıl Qocayev/sherg.az

Bu xəbər oxucular tərəfindən 1121 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |