Şrift:
Milət vəkili Fərəc Quliyev bu gün Polşa seymində çıxış edib.
01.02.2013 [15:24] - Xəbərlər, Fərəc Quliyev
Azərbaycan nümayəndə heyəti tərkibində Polşada səfərdə olan Avronest PA-nın üzvü, millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bu gün Polşa seymində keçirilən görüşdə çıxış etmişdir. Səfər proqramına əsasən Fərəc Quliyev fevral ayının ilk günündə Polşanın ali təhsil və elm naziri Barbara Kudritska ilə, Polşa Seyminin spikeri, enerji, xarici işlər, iqtisadiyyat və maliyyə nazirləri, Polşanın AŞ PA-dakı nümayəndə heyəti və Seymin Xarici Əlaqələr Komitəsinin üzvləri, həmçinin AvroNest PA çərçivəsində Avropa Parlamentinin Polşalı üzvləri, Avropa Kollecinin rektoru və müəllim-tələbə heyəti ilə görüşlər keçirəcək, fevralın 2-də isə nümayəndə heyəti ilə birgə Lodz şəhərinə səfər edəcək və burada Lodz şəhərinin rəhbərliyi, eləcə də Lodzda fəaliyyət göstərən dövlət və özəl universitetlərin rektorları ilə görüşlər keçirəcək. Lodza səfər çərçivəsində nümayəndə heyətinin Avropa İnstitutunda AvroNest PA-nın vitse-prezidenti Yaçek Saryuş-Volskinin sədrlik etdiyi Şura ilə görüş də gözlənilir.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Avronest nümayəndə heyətinin rəhbəri Millət Vəkili Elxan Süleymanov, təhsil naziri Misir Mərdanov, sənaye və energetika naziri Natiq Əliyev, Millət vəkili Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Fazil Mustafa,Ceyhun Osmanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov daxildir.

PS. Görüşlər haqda ətraflı məlumatı davam.az xəbər portalı vasitəsilə əldə edə biləcəksiniz.
Bu xəbər oxucular tərəfindən 2062 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed