02.02.2013 [10:16] - Güney Azərbaycan xəbərləri
İranda jurnalist Fatimə Sağərçinin tutulduğu məlum olub.İran Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Fatimə Sağərçini yanvarın 26-da mənzilində tutub bilinməz istiqamətə aparıblar. Evdə yoxlama aparılıb, jurnalistə məxsus kompüter, CD-lər və bir sıra şəxsi əşyalar götürülüb.
Strateji Araşdırmalar Mərkəzi kitabxanasının keçmiş direktoru Fatimə Sağərçi İran İslam Respublikasının qurucusu ayətullah Xomeyni ilə bağlı yazılar dərc edən “Camaran” saytının əməkdaşıdır.
ETTELAAT əməkdaşlarının yanvarın 26-dan bəri daha 15 jurnalist tutub: Əli Əkbər Müntəcəbi, Cavad Dəliri, Sasan Ağayi, Nəsrin Təxəyyüri, Mütəhhirə Şəfiyi, Nərgiz Cudəki, Emili Əmrai, Puriya Aləmi, Pejman Musəvi və Səba Azərpeyk, Süleyman Məhəmmədi, Milad Fədai Əsl, Hüseyn Yağçı, Keyvan Mehreqan və Əli Dehqan. Tutulan jurnalistlərdən yalnız Mütəhhirə Şəfiyi iki gün saxlandıqdan sonra mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb.

Bu xəbər oxucular tərəfindən 951 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |