Şrift:
Moskva bu il Azərbaycan, Rusiya və Ermənistan liderlərinin sammitini keçirməyi planlaşdırır
26.07.2023 [11:08] - Siyasət
Bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlaşdırılır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan ilə bu gün keçirilən üçtərəfli görüşdən sonra deyib.

"Biz növbəti görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin daha bir sammitinin keçirilməsi planlarının hazırlanması üzərində gərgin işi davam etdirəcəyik", - deyə o bildirib.

S.Lavrov qeyd edib ki, vətəndaş cəmiyyəti nümayəndələri, politoloqlar arasında ikinci “yol” üzrə dialoqun bərpası üzərində işləmək barədə razılıq var:

"Biz də ümid edirik (biz bunu bu gün təklif etdik) parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlayaq. Biz danışıqlar prosesinin davam edəcəyini gözləyirik.

Biz həm Ermənistan, həm də Azərbaycan tərəflərinin vasitəçilərdən təkcə Rusiya Federasiyasının deyil, həm də digərlərinin simasında istifadə etməkdə maraqlı olduğunu başa düşürük. Biz Bakı və İrəvana razılıq əldə etməkdə səmimi maraq göstərənlərin, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Amma erməni və Azərbaycan xalqlarının mənafeyindən deyil, mətbuatda gözəl başlıqlar xatirinə, geosiyasi və daxili siyasi mülahizələrdən ötrü süni şəkildə müəyyən razılaşmaların tətbiqinə cəhdlər olmamalıdır".
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed