27.07.2023 [10:48] - Gündəm, Siyasət
Ukrayna-NATO Şurasının iclası zamanı Şimali Atlantika Alyansı (NATO) Qara dəniz regionunda müşahidə və kəşfiyyatı gücləndirmək qərarına gəlib.
Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, NATO Rusiyanın “taxıl sazişin”dən çıxmaq qərarını, eləcə də bütün dünyada yüz milyonlarla insanın asılı olduğu Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracını dayandırmaq üçün Rusiyanın Ukraynaya cənubunda endirdiyi zərbələri pisləyib.
NATO Baş katibin müavini Mirça Djoane qeyd edib ki, Rusiya beynəlxalq hüquqa və Ukrayna taxılından asılı olan insanlara hörmətsizlik nümayiş etdirir. Kreml, həmçinin mülki gəmiləri təhdid edir, şəhərləri terrora məruz qoyur və dünya mədəni irsinin bir hissəsini məhv edir.
“Rusiya Qara dəniz bölgəsindəki təhlükəli və gərginləşən hərəkətlərinə görə tam məsuliyyət daşıyır. Rusiya dünyanın ən həssas əhalisini ərzaq təhlükəsizliyi ilə hədələməkdən əl çəkməlidir. Rusiyanın hərəkətləri, həmçinin Qara dəniz regionunun sabitliyi üçün əhəmiyyətli risklər yaradır. NATO üçün strateji əhəmiyyətə malikdir”, - deyə baş katib Yens Stoltenberq bildirib.
Həmçinin qeyd edilir ki, NATO dəniz patrul təyyarələri və pilotsuz təyyarələrin köməyi ilə Qara dəniz regionunda müşahidə və kəşfiyyat işlərini gücləndirir.
Emil Hüseynli

Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |