Şrift:
Fərəc Quliyev:Azərbaycan geri addım atsa, daha çox şey istəyəcəklər
28.07.2023 [22:22] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Fərqli qütblərdə dayanmasından asılı olmayaraq, Rusiya ilə Qərb bu məsələdə ortaq davranırlar”.

Bu fikri Laçındakı sərhəd-buraxılış məntəqəsi ətrafındakı gərginlik, Rusiya ilə yanaşı Qərbin də Azərbaycana təzyiqi, rəsmi Bakının dirənişini dəyərləndirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Fərəc Quliyev bildirib ki, Azərbaycan geri addım atsa, daha çox şey istəyəcəklər:

“Elə bir vəziyyətdir ki, heç bir ölkə Ermənistanı, Azərbaycanı, Qarabağdakı əhalini düşünmür. Hər kəs öz maraqlarının həyata keçməsi üçün çalışır. Hər bir ölkə də təzyiq rıçaqlarından istifadə edir. Fərqli qütblərdə dayanmasından asılı olmayaraq, Rusiya ilə Qərb bu məsələdə ortaq davranır. Hər kəs söz sahibi olmasını sübut etmək istəyir.

Azərbaycan əgər təzyiqlər qarşısında geri çəkiləcəksə, onlar ardıcıl olaraq üstümüzə gəlməyə davam edəcək.

Ermənistan alətdir. Azərbaycan alət kimi istifadə olunmur. Əslində Ermənistan özü bu məsələdə iddialı deyil. Onu buna məcbur edirlər.

Bu, təkcə Azərbaycana qarşı olan məsələ deyil, bölgə uğrunda savaş gedir”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 1173 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed