Şrift:
Vaşinqton İranın nüvə fəaliyyətlərini sürətləndirəcəyini dair qərarına münasibət bildirib
02.02.2013 [11:41] - Güney Azərbaycan xəbərləri, Siyasət
Ağ Ev İranın Natanz nüvə obyektində (təsisat) uranın zənginləşdirmə fəaliyyətlərini sürətləndirdiyinə dair iddialarla bağlı Tehran rejiminə xəbərdarlıq edib.
Bunun gərginliyi artıracağına diqqət çəkən Ağ Evin mətbuat sözçüsü Cey Karni qeyd edib ki, bu fəaliyyət İranın beynəlxalq birlikdən daha çox uzaqlaşmasına səbəb ola bilər.
İddialara görə, İran rejimi keçən həftə Beynəlxalq Atom Enerjisi Agentliyinə nevə fəaliyyətlərini sürətləndirəcəyinə dair məktub göndərib. Tehran bundan sonra Nətənzdakı nüvə obyektlərində modern santrifüjlərdən istifadə edəcəyini bildirib.
Jurnalistlərin bu haqda sualını cavablandıran Ağ Ev sözçüsü isə bunun sürpriz olmadığını, İranın növbəti provokasiyası olduğunu bildirib: "Biz hələ də diplomatik danışıqlar üçün vaxt və imkanın olduğuna inanırıq. Ancaq belə davranışlar İranla bağlı narahatlığı həll etmək istəyən beynəlxalq birliyin səylərinə kölgə düşürür".
Bu xəbər oxucular tərəfindən 844 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed