Şrift:
Azərbaycanda un istehsalı 5% azalıb
01.08.2023 [11:03] - İqtisadiyyat
2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 642 min 971 ton buğda unu istehsal edilib.

Bu göstəricinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 5% və ya 33 min 391 ton azalıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda 676 min 362 ton buğda unu istehsal edilib.
Qeyd edək ki, 2023-cü ildə istehsal edilən unun 521 min 833 tonu əmtəəlik olub, bunun da 516 min 181 tonu satış üçün göndərilib.
Bu xəbər oxucular tərəfindən 1610 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed