Şrift:
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib
02.08.2023 [09:51] - Siyasət
Avqustun 1-i saat 20:45 radələrində Ermənistan silahlı qüvvələrinə məxsus "DJI Mavic 3" kvadrokopteri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətindən qaldırılaraq Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək ələ keçirilib.
Bu xəbər oxucular tərəfindən 839 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed