02.02.2013 [12:21] - Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz
Elyar Makuyi: «Güney Azərbaycanda yaşayan və hüquqları tapdalanan 35 milyondan çox xalqımızın haqq səsini dünyaya çatdırmalıyıq»
Ağrı Qaradağlı: «İran həbsxanalarında saxlanılan güneyli siyasi məhbusların durumu çox ağırdır»
Yanvarın 29-da Ağ Evin internet saytının «Biz xalqıq» («We the people») səhifəsində Güney Azərbaycanla bağlı ikinci müraciət yerləşdirilib. Bu dəfə siyasi məhbuslarla bağlı səsvermə keçirilir. Qaydalara görə, Ağ Evin saytında müraciəti ABŞ-da yaşayan vətəndaşlar yerləşdirə bilər. Əgər bir ay ərzində müraciəti 100 min adam dəstəkləyərsə, sənəd baxılmaq üçün administrasiyaya təqdim olunur. Artıq 267 nəfər onlayn imza atıb. Güney və Quzey Azərbaycan tərəfindən müsbət qarşılanan bu çağırış sosial şəbəkələrdə intensiv şəkildə paylaşılır. Əhəmiyyətini nəzərə alıb bu dəfə sözügedən çağırışla bağlı daha ətraflı bəhs etmək istədik.
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) İdarə Heyətinin üzvü, əslən Kəleybər şəhərindən olan, hazırda isə Türkiyədə siyasi mühacir həyatı yaşayan Ağrı Qaradağlı bildirdi ki, İranda güneyli məhbusların durumu ağırdır: «Rejimin məmurları siyasi məhbuslarımızın heç bir hüququnu yerinə yetirmir. Hətta həbsxanalarda onları siyasi bölümlərdə deyil, narkomanlar və oğrularla birdə saxlayırlar. Saxlanma şəraitinin ağır olması azmış kimi siyasi məhbuslara ruhi və fiziki işkəncələr də verilir. Bir sözlə, məhbuslarımızın durumu ağırdır. Siyasi məhbuslarımızın azadlığa buraxılmasıyla bağlı GAMOH olaraq geniş şəkildə imzatoplama kampaniyasına başlamışıq. Bütün təşkilatlarımızı səsverməyə dəvət edirik. Öz kölgəsindən belə qorxan rejim qorxduğu üçün milli fəalları həbs edir. İranda ən təbii və ibtidai haqlarını tələb edənləri həbs edilir. Halbuki islam dininin ən önəmli şərtlərindən biri öz haqqını tələb etməkdir. Hədislərdə də buyrulur ki, sonu ölüm də olsa, öz haqqını tələb et. Bu onu göstərir ki, rejim sözdə islam adını daşısa da, mahiyyət etibarilə bu dini dövləti təmsil etmir. Hətta demək olar ki, islam aləmində qara bir ləkədir». Ağrı Qaradağlı deyib ki, həbs edilən milli fəallara qarşı əsasən eyni ittihamlar irəli sürülür: «Bunlar rejim əleyhinə təbliğat aparmaq, iğtişaş salmaq, qeyri-qanuni toplaşmaq və s. kimi ittihamlardır. Bəzən milli fəallarımız Azərbaycan Respublikasına və Türkiyəyə casusluq etməkdə də təqsirləndirilir. Milli fəalların həbsi hərəkat daxilində üzgün qarşılansa da, milli hərəkatın gücünün artmasını və aktivliyini göstərir. Rejim milli fəallarımızı həbs etməklə hərəkat daxilində qorxu yaratmaq istəyir. Ancaq hələ də anlamır ki, hərəkatçılarımız qorxunu çoxdan arxada qoyub. Hazırda həbsdə bir çox milli fəallarımız var. Onlardan bəzilərinin adını çəkmək olar. Məsələn, Səid Mətinpur, Oxtay Vəlizadə, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Mehdi Kuxiyan, Cavid Nəzmi, Fərdin Muradpur, Yunis Ağayan, Əbdüləziz Əzimi Qədim, Elman Nuri, Həsən Ərk, Mehdi Həmidi Şəfiq, İrəc Məhəmmədi, Məhəmməd Xətibi, Hüseyn Rövnəqi Məliki, Ümid Kövkəbi (türkmən), Davud Əzimzadə, Cavid Hutənkiyan, Şahrux Zamani, Məhəmməd Cərrahi, Əmir Çəməni, Mənijə Bəhluli, Əhməd Riyazi Mübarək, Bəhmən Xaliqi, Əziz Purvəli və s. milli hərəkatçılarımız əsasən milli-mədəni hüquqlarının bərpası üçün fəaliyyət göstərirlər. Bu baxımdan hələlik silahlı mübarizə gözlənilmir. Lakin bu o demək deyil ki, biz silahlı mübarizəyə hazır deyilik. Yeri gələrsə, öz haqlarımızı almaq üçün bu yola da əl atacağıq». GAMOH İdarə Heyətinin üzvü vurğulayıb ki, ABŞ Konqresində zaman-zaman gizli şəkildə Güney Azərbaycan məsələsi müzakirə olunub: «Amma son dövrlər bu müzakirələrin gündəmə gəlməsi milli hərəkatın artıq təsdiq edilməsidir. Həm də bu məsələylə İrana bir gözdağı vermək istəyirlər. Güney Azərbaycan mövzusunun gündəmdə olması milli hərəkata fayda verir və daxilində ruh yüksəkliyi yaradır. Təbii ki, illər əvvəl də milli hərəkat öz gücünü dünyaya göstərib. Dünya göz yumsa da, hərəkat dəfələrlə varlığını və gücünü təsdiqləyib. Babək qalasına yürüşlər, tələbə aksiyaları, 2006-ci ildə may hadisələri və hətta «Traktor» futbol komandasının oyunlarındakı nümayişlər milli hərəkatın tanınması üçün bir səbəbdir. Eyni zamanda ABŞ Konqresində Güney Azərbaycan məsələsinin müzakirəsi də bunun açıq şəkildə isbatıdır. Milli hərəkat dünyada tam demokratik bir hərəkat olaraq tanınmaqdadır. Artıq dünya Güney Azərbaycan məsələsini tanımalıdır və göz yummamalıdır».
GAMOH İdarə Heyətinin digər üzvü, əslən Xoydan olan, hazırda isə Türkiyədə mühacir həyatı yaşayan Elyar Makuyi dedi ki, Güney Azərbaycanın 30 nəfərdən çox milli fəalı hazırda həbsxanada ağır şəraitdə saxlanılır və işgəncələrə məruz qalır: «Bu fəalların bir çoxu daha öncə də dəfələrlə həbs edilib. Yəni təcrübəli və tanınmış fəallardır. Güney Azərbaycanda milli haqları uğrunda sivil yolla mübarizə aparan soydaşlarımızı qanunsuz həbs edən rejim onlara qarşı yalan ittihamlar irəli sürür. Halbuki milli fəallar millətimizin uzun illər boyu tapdalanan haqlarını tələb edirlər. Urmiya gölündəki ekoloji fəlakətlə bağlı keçirilən dinc aksiyalarda da tutulanlar oldu. Demokratik yolla mübarizə aparan insanlara qarşı hakimiyyət basqı və həbslərlə cavab verir. Tutulan fəallara qarşı ölkənin bölünməsinə cəhd göstərilməsi, hakimiyyət əleyhinə təşkilatlaar üzv olmaq, dövlət təhkükəsizliyinə qarşı çıxmaq kimi ittihamlar irəli sürülür. Lakin rejimin göstərdiyi basqılar və hayata keçirdiyi kütləvi həbslər Güney Azərbaycanın gözünü qorxutmur. Artıq hərəkat həbslərə alışıb. Hətta Güney Azərbaycan üçün çalışıb həbs edilənlərə qəhrəman kimi baxırlar, onları alqışlayaraq mənəvi dəstək olurlar. Statistikalar göstərir ki, Güneydə həbs yaşı aşa?ı enib. Artıq siyasi məhbusların sırasında 17 yaşlılar da var. Bu gənclər milli hərəkatın qarantıdırlar. Bu gün həbsdə olan milli fəallardan Mahmud Fəzli, Əbdüləziz Əzimi Qədim, Əhməd Riyazi Mübarək, Əziz Purvəli, Həsən Ərk, Oxtay Vəlizadə, Mehdi Kuxiyan, Cavid Nəzmi, Mehdi Həmidi Şəfiq, Yürüş Mehrəlibəyli, Davud Əzimzadə, Məhəmməd Xətibi, Səid Mətinpur və s. adlarını çəkə bilərik». O deyib ki, rejim siyasi məhbuslara qarşı uydurma ittihamlar irəli sürür: «Milli fəallar insan haqlarını müdafiə edirlər və milli kimliklərini qorumağa çalışırlar. Lakim fars hakimiyyəti bu fəaliyyəti İran əleyhinə təbliğat kimi hallandırır. Milli hərəkat demokratik yolla irəliləyir. Bu baxımdan hər hansı bir silahlı mübarizədən söhbət gedə bilməz. Babalarımız demişkən haqq alınmalıdır. Əgər təbii haqqımızı almağımıza qarşı çıxsalar, sözümüzü və tələbimizi anlamamağa davam etsələr, o zaman bu məsələ gündəmə gələ bilər. Mən qan tökülmədən haqlarımızı qazanmaq istəyərdim. Amma tarixi gerçəklər də var. Unutmayaq ki, bayraqları bayraq edən üstündəki qandır. Başqa bir milli deyimdə isə belə bildirilir: «Torpaq uğrunda ölən varsa, vətəndir!» Ağ Evin saytında Güney Azərbaycanla bağlı açılmış ikinci səsvermənin əhəmiyyətindən danışan həmsöhbətimiz hər kəsi bu kampaniyaya qoşulmağa dəvət edib: «ABŞ dünyanın ən güclü dövlətlərindəndir. Ona görə də bu dövlətin diqqət ayırdığı məsələlər qısa müddətdə beynəlxalq aləmdə əks-səda yaradır. Uzun illər İranda Azərbaycan türkləri assimilyasiya siyasətinə məruz qalır, millət olaraq təhqir edilir. Bu zülmlərə qarşı milli hərəkat var-gücüylə mübarizə aparır. Bütün siyasi təzyiqlərə baxmayaraq, Güney Azərbaycanda yaşayan xalqımızın 80 faizi öz milli kimliyini qoruyub saxlaya bilib. 35 milyondan çox xalqımızın haqq səsini dünyaya çatdırmaq lazımdır. ABŞ da bu tribunalardan biri ola bilər. Bu yolda bizim səsimizə hay verən hər kəsi yanımızda görürük. Hazırda İrandan xaricdə yaşayan güneylilər dünyada hərəkatı tanıtmaq üçün çalışırlar. 2002-ci ildən indiyədək GAMOH lideri Mahmudəli Çöhrəqanlı Avropa və ABŞ səfərlərində hərəkatımızı siyasi yöndən tanıtmağa çalışıb. Bu günədək də bu cür fəaliyyətimiz davam edir. Məncə, bir hərəkatı dünyada tanıtdırmaq üçün həmin hərəkata mənsub olanların hədəf naminə bir araya gələrək güclərini birləşdirməlidirlər. Harada olmağımızdan asılı olmayaraq, eyni hədəflə fəaliyyətimiz hərəkatı gündən-günə gücləndirəcək. Güney Azərbaycan milli hərəkatında savadlı siyasətçilər çoxdur. Onlar yaşadıqları ölkələrin siyasətçiləri, rəsmiləri və media nümayəndələrilə əlaqələr yaradıb hərəkatımızı daha da çox tanıtmalıdırlar».
Turqut

Bu xəbər oxucular tərəfindən 1296 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |