Şrift:
Əmək pensiyalarının artırılması ilə bağlı şərt dəyişib
02.08.2023 [10:01] - Sosial
Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasında dəyişiklik edilib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması zamanı əsas götürülən əməkhaqqı, dövlət məvacibi, yaxud təminat xərcliyi müəyyən edilərkən şəxsin yalnız əmək və ya xidməti vəzifələrinin yerinə yetirməsinə görə almış olduğu ödənişlər və onlara sonrakı artımlar pensiya təyinatı tarixinədək nəzərə alınacaq. İndiyədək pensiya təyinatı tarixinədək şərti yox idi.

Qərara əsasən, əmək pensiyalarının yenidən hesablanma halları da dəyişib. İndiyədək əmək pensiyasının sığorta hissəsi artırıldıqda əmək pensiyaları yenidən hesablanırdı. Qərara əsasən isə əmək pensiyasının sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği artırıldıqda əmək pensiyaları yenidən hesablanacaq.

Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir.
Bu xəbər oxucular tərəfindən 3471 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed