Şrift:
Sabah Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan sammiti keçiriləcək
03.08.2023 [11:36] - Gündəm, Türk dünyası-Turan
Avqustun 4-də Aşqabadda Türkmənistan, Tacikistan və Özbəkistan prezidentləri Sərdar Berdiməhəmmədov, Emoməli Rəhmon və Şavkat Mirziyoyevin görüşü olacaq.

Sammitdə üç dövlət arasında iqtisadiyyat, səhiyyə, təhsil və elm sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir. Həmçinin nəqliyyat dəhlizlərinin, ilk növbədə, dəmir yollarının daha da inkişafı və ticarət prosedurlarının asanlaşdırılması ilə bağlı məsələlər nəzərdən keçiriləcək.

“Neytralnıy Turkmenistan” qəzetinin məlumatına görə, Türkmənistan-Tacikistan münasibətlərində nəqliyyat, su energetikası və ekologiya sahələrində qarşılıqlı fəaliyyət mühüm yer tutur. İki ölkənin səyləri Asiya, Avropa və Yaxın Şərqin nəqliyyat sistemlərinin birləşməsini təmin edən müasir infrastrukturun yaradılmasına yönəlib. Türkmənistan-Özbəkistan əməkdaşlığına gəlincə, Amudərya üzərindən keçən avtomobil və dəmir yolu körpüləri Asiya-Sakit okean regionu və Cənubi Asiya dövlətlərindən Xəzər dənizinə, daha sonra Qara dəniz və Aralıq dənizi regionlarına, Avropa, Qafqaz, Yaxın Şərq ölkələrinə yük axınları üçün birbaşa çıxış açır.

Hazırda Aşqabad-Türkmənabad yüksək sürətli avtomobil yolunun tikintisi davam edir. Türkmənbaşı limanına birbaşa çıxışı təmin edəcək bu yol Mərkəzi Asiyanın tranzit imkanlarını keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, dünya bazarlarına çıxışı genişləndirəcək, iqtisadi inkişaf üçün yeni şərait yaradacaq.
Bu xəbər oxucular tərəfindən 2110 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed