Şrift:
Kənd təsərrüfatına dair yeni dövlət standartı qəbul edilib
03.08.2023 [11:37] - Gündəm, İqtisadiyyat
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 939:2023 - “Kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması. Termin və təriflər” dövlət standartı qəbul edilib.

AZSTAND-dan bildirilib ki, respublikamızda heyvandarlığın inkişaf etdirilməsinin şərtlərindən biri də yüksək genetik məhsuldarlıq potensialı olan heyvanların sayının artırılması yolu ilə yeni təsərrüfatların formalaşdırılması və intensiv texnologiyalar əsasında heyvandarlıq məhsullarının istehsalının təmin edilməsidir. Bu standart “ГОСТ 27775:2014” dövlətlərarası standartı əsasında hazırlanıb və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması sahəsində istifadə edilən anlayışların sistemli şəkildə təsviridir.

Yeni dövlət standartı “Heyvandarlıq, quşçuluq, arıçılıq, baramaçılıq və yemçilik sahəsinin standartlaşdırılması üzrə” Texniki Komitədə (AZSTAND/TK 24) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu xəbər oxucular tərəfindən 1638 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed